"Yandex"in "Axtarış və Portal" seqmentində gəliri 2022-ci ilin dördüncü rübündə 47% artıb.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Zen satışından sonra şirkətin demək olar ki, bütün reklam gəlirləri bu seqmentdən gəlir.


Yandex 2022-ci ilin dördüncü rübü və bütün maliyyə nəticələrini açıqlayıb. Dördüncü rübdə şirkətin ümumi gəliri illik müqayisədə 49% artaraq 164,8 milyard rubl təşkil edib. 2022-ci ilin sonunda Yandex-in gəliri 46% artaraq 521,7 milyard rubla çatıb.


Şirkətin 2022-ci il üçün xalis mənfəəti Novosti və Zen-in dekonsolidasiyasından və 47,4 milyard rubl həcmində konvertasiya edilə bilən istiqraz buraxılışının restrukturizasiyasından əldə edilən birdəfəlik nağdsız effekt də daxil olmaqla 47,6 milyard rubl təşkil edib . Şirkətin rübdə düzəldilmiş xalis mənfəəti 747 milyon rubl, bütün il üçün 10,8 milyard rubl təşkil edib.


2022-ci ilin üçüncü rübündə Yandex-in Axtarış və Portal seqmentində gəliri illik müqayisədə 45% artaraq 60,9 milyard rubl təşkil edib. Şirkətin rüblük gəliri illik müqayisədə 46% artaraq 133,2 milyard rubla çatıb. Düzəliş edilmiş xalis mənfəət 5 milyard rubl təşkil edib.