Amerikalı yazar Hermann Melville 91il daha yaşasaydı və hərhansı Starbuksda, hətta balaca Starbuksda qəhvədən böyük bir qurtum alsaydı, ölümsüz əsəri olan “Mobydick”i yazdığına daha çox sevinərdi, yəqinki.


Çünki Merville ölümsüz “Mobydick”i yazandan 120 il sonra Vaşinqton Seattle`də adını ondan alacaq bir qəhvə zincirinin ilk mağazası açılacaqdı. Adı dənizləri, dənizçiləri, balinaları izah edən sirənli (Yunan mifologiyasında dənizçiləri mahnılarıyla sehirləyən dəniz canlıları) logosu bu il dəyişir. Bəli, Starbuks bu gün 40 yaşındadır və Starbuks artıq dördüncü dəfə loqosunu dəyişir. Dünyanın 55 ölkəsində 17 mindən artıq mağazasıyla göstərdiyi xidmətin keyfiyyəti ilə və isti içkilər sahəsinə gətirdiyi yeniliklərlə qlobal bir şirkət ola bilən dünyada ən öndə gedən nümunələrdən biri olmağı bacarmış olan Srtarbuks, yeni dövrünü yeni logo vizuallığı ilə də əks etdirməyi planlaşdırır.


30mart 1971


Biri ingilis-dili müəllimi (Jerry Baldwin), biri tarix müəllimi (Zev Siegl), biri də yazıçı (Gordan Bowker) olan üç ortaq Seattle`da qəhvə və qəhvə hazırlayan avadanlıqlar satan ilk dükanarını açır.


1982


Howard Schultz şirkətin satış direktoru oldu. Schultz İtaliya səyahətindən sonra idarə heyətinə qəhvə dənəsinin yanında espresso tipli içkilər satmağı tapşırdı.


1987


Howard Schultz şirkəti satın aldı və espresso tipli içkilərin satışına başladı.


1992


Hissə sənədləri birjada xalqa ərz edildi.


1996


ABŞ/Kanada xaricində ilk mağazalarını Tokyoda açdılar.


1998


İngiltərə bazarına girdilər


2006


Ən böyük rəqibləri “Dietrich Coffee” ni satın aldılar.


2007


Böyümə hormonu almış inəklərin südünü istifadə etməməyə başladılar.


2008


ABŞ`dakı 900-ə yaxın mağazalarını bağladılar


2011


Məhsullar daha da şəxsiləşdirilə bilən olacaq; hamı “istədiyi” içkini (isti/soyuq) içə biləcək.