Biznes mühitinə və KOB sektoruna dair iş adamları ilə fikir mübadiləsi aparılıb.
Facemark.az xəbər verir ki, bu barədə məlumatı Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) öz rəsmi saytında qeyd edib.Sahibkarların fikir və təkliflərini dinləmək, ehtiyacları ilə maraqlanmaq Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyət istiqamətlərindəndir. Bu məqsədlə KOBİA nümayəndələri mütəmadi olaraq müəssisələrdə olur, müxtəlif tədbirlər çərçivəsində sahibkarlarla görüşür.
KOBİA-nın İdarə Heyəti “Marsol”a üzv olan şirkətlərin rəhbərləri ilə “Bakı KOB evi”ndə işgüzar səhər yeməyinə qatılıb. Görüşdə biznes mühitinə və KOB sektoruna dair Agentliyin rəhbər heyəti və iş adamları arasında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.