Böyük Britaniya sakinləri internet üzərindən daha çox alış-veriş həyata keçirirlər. Bu barədə yerli “Ofcom” tənzimləyicisinin saytında məlumat verilib. Bu qurum internet bazar seqmenti daha çox inkişaf etmiş 17 ölkəni araşdırıb.
Böyük britaniyalı alıcılar internet üzərindən alış-verişlərə il ərzində orta hesabla 1083 funt (1743 dollar) xərcləyirlər.

Reytinqdə ikinci yerdə Avstraliya qərarlaşıb: onun sakinləri isə internet üzərindən alış-verişlərə il ərzində orta hesabla 842 funt xərcləyirlər.

“Ofcom”un məlumatına əsasən, Böyük Britaniyada internet üzərindən həyata keçirilən alış-verişlərin artması mobil telefon və komponentlərə olan yüksək tələbatla bağlıdır.