"AzerGold" QSC fəaliyyəti dövründə dövlət büdcəsinə 103,7 milyon manat vergi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna isə 14,7 milyon manat sosial sığorta haqqı ödəyib.


Facemark.az "Report.az"a istinadən xəbər verir.


Məlumata görə, vergi ödəmələrinin 39,2 milyon manatı, sosial ödəmələrin isə 5,3 milyon manatı 2022-ci ilin payına düşüb. Bunlar, 2021-ci illə müqayisədə müvafiq olaraq 32 % və 60,6 % çoxdur.