Asiya İnkişaf Bankı (ADB) bu il Azərbaycanda inflyasiyanın 7 % olacağını proqnozlaşdırır.


Facemark.az "Report.az"a istinadən xəbər verir ki, bu barədə Bankın “Asian Development Outlook” hesabatının yenilənmiş aprel sayında bildirilir.


Sənədə əsasən, bu, ADB-nin sentyabr proqnozu ilə müqayisədə eynidir.


Bank gələn il isə Azərbaycanda 6,5 % inflyasiya gözləyir.


Qeyd edək ki, ADB ümumilikdə Qafqaz və Mərkəzi Asiya regionunda inflyasiyanın bu il 10,3 % (əvvəlki proqnoza nisbətən 1,8 faiz bəndi çox), gələn il isə 7,5 % olacağını proqnozlaşdırır.