Daşınmaz əmlakın alınmasına görə bu günə qədər 5 milyon manatdan artıq "ƏDV" vətəndaşlara qaytarılıb.
Facemark.az "Milli.Az"a istinadən xəbər verir ki, vətəndaşlar dövlət vergi xidmətinin yaratdığı portaldan qeydiyyatdan keçdikdən sonra "ƏDV"-ni ala biliblər.
Qeyd edək ki, "ƏDV"-ni ala bilməyənlər də olub.
Bəs buna səbəb nədir?
Dövlət Vergi Xidmətinin şöbə rəhbəri Telman Məmmədovun "Xəzər Xəbər"ə verdiyi məlumata görə, portalın istifadəyə verildiyi tarixdən indiyədək vergi orqanlarına 6 min 5 müraciət daxil olub. 2001 müraciət üzrə ümumilikdə 5 milyon manatdan artıq vəsait vətəndaşlara qaytarılıb.
Telman Məmmədov deyir ki, layihənin tətbiqi ilə bağlı bir sıra problemlər var.