Bu dəfə Marketer Məhərrəm facebook haqqında son aya olan durumu yazmaq qərarına gəldi. Yazmışkən də facebook səhifələrdə aktivliyi artırma üsulları haqqında az bildiklərini Sizinlə paylaşacaq. Fakt məclisin yaraşığıdır deyib başlayaq statistikadan.
2004-cü ildən Facebook özünəqədərki bir çox oxşar layihələrin ən güclü rəqibi oldu və hazırda isə yəqin ki, çoxu razılaşar ki, sosial media bazarının şəriksiz lideridir. Dünyada az qala 1 milyarda yaxın istifadəçisi olan facebookun Azərbaycanda 919 000 istifadəçisi var. Dünya üzrə Facebook istifadəçiləri sayına görə 83-cü yerdədir. Əhalinin 11.07%, internetdən istifadə edən əhalinin isə 21.74%-ni əhatə edir.
Fan sayına görə top 5-də olan şirkətlər:
1) Azercell 186 000 2) Bakcell 151 000 3) İdeal 143 000 4) İrşad Telekom 108 000 5) Park Bulvar 106 000.
Son 6 ayda təxmini 97000-ə yaxın insan Azərbaycandan facebooka qoşulub. Azərbaycan 63% kişi, 37% qadın istifadəçi ilə bu göstəriciyə ən yaxın ölkə Makedoələstin ərazisidir. 460 minə yaxın 18-24 yaş arasıdır.
Dünya üzrə facebookda top 10 ölkələr isə ABŞ 168 mln, Brazilya 63 mln, Hindistan 61 mln, İndoneziya 50 mln, Meksika 40 mln, İngiltərə 33 mln, Türkiyə 31 mln, Filippin 30 mln, Fransa 25 mln, Almaniya 25 mln. Maraqlıdır ki, son 3 ayda 6 milyon nəfərlə ən çox istifadəçi artan ölkə Hindistan və İndoneziyadır. Onu 5 milyon artımla Brazilya izləyir. ABŞ əhalisinin isə artıq 55%-ə yaxını facebook istifadəçisidir.
Fan səhifələr üzrə dünya statistikası isə bu cürdür - http://www.socialbakers.com/facebook-pages/ Dünyada 3 milyon 194 min fan səhifə var. Azərbaycanda 300-dən çox aktiv facebook səhifəsi vardır. Son 1 ay ərzində ən çox artan 2 şirkət var ki, bunlar 16000 fanla Bakcell, 15000 fanla İdealdır. Media kateqoriyasında isə top 3-də 1news, open.az və azxeber.com-dur.
Dünya üzrə check-in edilən yerlər içərisində birinci yeri Los-Angeles aeroportu tutur. Azərbaycanda isə ən çox check-in edilən 3 yerə Park Bulvar, Çinar və CafeCity daxildir.
Necə aktiv olaq?
Ümumiyyətlə fan səhifələrin işləmə mexanizmi Azərbaycanda hər şirkətə görə fərqlidir. Bir çox səhifələr az aktivlik edib, az postlar edib şirkətinin imicini qoruduğunu düşünür, lakin bu kökündən yalnışdır. Fan səhifə hər nə qədər rəsmi olsa da, rəsmi orqan deyil, siz burada öz fanlarınız və ya gələcək müştərilərinizlə daha səmimi olmalısınız. Çünki fan aktivliyinin son məqsədi o fanları hansısa yollasa müştəriyə çevirməkdir.
Məlum olduğu kimi facebook əvvəllər bir səhifənin xəbərini oxumaq üçün o səhifəni bəyənməni məcbur edirdi, lakin indi artıq o funksiya yoxdur. Bu bir tərəfdən daha ədalətlidir, amma fan səhiflər üçün sevindirici deyil, təbii ki. Eyni zamanda sizin postunuzu ay ərzində ən yaxşı halda fanlarınızın yalnız 20%-i görə bilir. Araşdırmaya görə günlük Sizin postlarını yaxşı halda total fanlarınızın 7%-i görür.
Deyək ki, Siz hansısa fan səhifənin adminisiniz. Fan səhifənin fan sayı və ümumiyyətlə aktivliyini təmin etmək üçün bir çox yollar var. Aşağıda onların bəzilərini sadalayıram.
1. Aylıq facebook yayılmanı (reach) hesablayıb total fan sayınıza bölün.
Bu hələ bütün işlərə başlamadan öncə real durumun necə olduğunu öyrənməyə sizə kömək edəcəkdir. Yalnız bunu bildikdən sonra siz qarşınıza hədəf qoya və bəzi addımlardan sonra növbəti ayda bu parametri yenidən hesablaya bilərsiniz.
2. Digər böyük fan səhifələri ilə ortaq kampaniyalar, paylaşımlar edin.
3. Orijinal, fərqli kontentlər yaradın, göz oxşayan şəkillər paylaşın (eye catching photo)
Nə qədər desək də kontent fb-də şahdır. Çalışmaq lazımdır ki, paylaşdıqlarımız onu oxuyanlar üçün faydalı olsun və o mətnə uyğun da şəkil paylaşılmalıdır. Şəkilsiz postlar çox effektiv olmur. Sizin orijinal bir fikrinizi oxuyan biri üçün şüuraltı sizin səhifənin reklamı getmiş olur. Çünki O, həm də bu fikri digərləri ilə paylaşa bilər. (HamamTimes)
4. Fan səhifənizin linkini öz şəxsi profilinizdə qeyd edin.
5. Bəzən fan səhifəniz adında profil də açmağınız rol oynayır. Daha sonra iş yerinizdən o bölməni silə bilirsiniz.
6. E-mail imzalarınıza fb profilinizi əlavə edin.
7. Digər profillərdə və ya fan səhifələrdə öz fan səhifənizin profilindən şərh bildirin, statusları bəyənin və s.
8. Mütəmadi yarışlar, müsabiqələr, sorğular keçirin.
9. Biznes kartınıza QR Code əlavə edib orada fb fan page linkinizi əlavə edin.
10. Sponsored like story – fb reklamı vermək
11. Şirkətinizin rəsmi veb səhifəsinə like box əlavə edin. (FMR nümunə)
12. Fan səhifənizdə yazıları mümkün qədər qısa etmək lazımdır. Statistika göstərir ki, 80 simvola qədər olan mətnlər ondan uzun mətnlərə nisbətən 27% daha çox ER alır.
13. Fan səhifənizdə istədiyinizi əldə etmək üçün fanlarınızı həmin istəyinizi yerinə yetirməyə səsləyin. Sizin xəbərlərinizi paylaşanlara şəxsən təşəkkür edin. Stimulate engagement-dən istifadə etmək lazımdır. Buraya şəkillə olan müsabiqələr, sorğular, hər hansı mövzuda fikir soruşma, müsabiqələrdə qalib gələnlərə hədiyyə, hədiyyə təqdim olunarkən şəklinin çəkilib yerləşdirilməsi və s. daxildir. (fan kart)
14. Cavablarda operativ olma və günlük post sayını maksimum tutma işin əsas açarıdır. Eyni zamanda oyunlar effektiv bağlılıq yaratma üsuludur. (ən az like, nar mobile sonuncu status)
15. Qısa linklərdən istifadə edin. Ümumi fb istifadəçilərinin 20%-i telefonla girir.
16. Məlumatları post edərkən fanlar üçün ideal vaxtı seçin. Statistika göstərir ki, ən effektiv vasitə 1-3 arasıdır. Gecə 8-dən səhər 8-ə qədər ən az reach ala biləcəyiniz vaxtdır. Buddy Media-nın araşdırmasına görə 4 və 5-ci gün postlar digər günlərdəki postlardan 18% daha çox ER alır. 1-ci gün postları isə məsələn, 2 və 3-cü günlə müqayisədə 3.5% daha az ER alır.
17. Target postlardan istifadə edin. Yəni məhsulunuz xanımlara yönəlikdirsə, məsələn, onu həm kişilərə göstərməyin nə mənası. O zaman hansısa postunuzu ancaq xanımlara göstərə bilərsiniz.
18. 1 aylıq işdən sonra fan səhifənizin aylıq “olmazsa-olmaz” dediyiniz planını tutun.Bu Sizə ən minimum etməli olduqlarınızı aylıq olaraq vaxtında etmənizə kömək olacaqdır. Əlavə olaraq da təbii ki, yeni-yeni ideyalar da düşünüb tətbiq edə bilərsiniz.
Engagement Rate (ER) hesablanması qaydası
Facebook səhifələrdə indiyədək bir çoxu ən güclü fb səhifəsinin fanı ən çox olan səhifə olduğunu düşünür. Əslində çox fan olmaq kifayət deyil, əsas olan ER göstəricisi daha çox olmaqdır. ER aşağıdakı düsturla hesablanır.