Almaniyada ilk ilini başa vuran Trendyol indi Körfəz ölkələrinə üz tutub. Körfəz ölkələrində fəaliyyətə başlamaq üçün səylərini sürətləndirən Trendyol, türk istehsalçı və satıcılarına Körfəz bazarına açılma imkanı verəcək.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, beynəlxalq böyümə planlarına uyğun olaraq Berlində ilk xarici ofisini açan Trendyol, bir il ərzində tamamilə Türkiyədə istehsal etdiyi məhsulları ilə Almaniyada moda sahəsində ən çox seçilən platformalardan biri oldu. Almaniyada ilk ilini qeyd edərkən, marka Körfəz ölkələrində də fəaliyyətə başladığını açıqladı.


Trendyol Qrupunun prezidenti Çağlayan Çətin bildirib ki, Dubayda heç bir marketinq fəaliyyəti həyata keçirməsələr də, saytı aktivləşdirdikdən sonra 5 gün ərzində 2500-ə yaxın sifariş alıblar.


O, öz çıxışında "Türkiyədən ixracla başlayan əməliyyatımızı Dubaydakı əməliyyat mərkəzimiz vasitəsilə davam etdirərək müştərilərimizə təqdim etdiyimiz təcrübəni təkmilləşdirmək. Trendyol vasitəsilə türk istehsalçı və satıcılarının bu ölkələrdə satışını təmin edəcəyik. 2024-cü ilə qədər bu bölgədə 4,5 milyon müştəriyə çatmağı hədəfləyirik. Dubayda beynəlxalq əməliyyatlarımız üçün açdığımız anbarımız var. Bu anbardan Körfəz bölgəsinin geri qaytarma əməliyyatları üçün də istifadə etməyi hədəfləyirik. Deyə bilərəm ki, Körfəz əməliyyatı bizi yeni coğrafiya, fərqli mədəniyyət və təcrübələrlə həyəcanlandırır” deyə qeyd edib.