20 yaşlı tələbə ChatGPT ilə kitab biznesi qurub.


Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Joe Popelas adlı tələbə süni intellektin köməyi ilə yaratdığı kitabları ChatGPT istifadə edərək Pinterest platformasında bazara çıxarıb. Onun süni intellektlə yaratdığı ilk kitab uğur qazanmayıb, lakin ruhdan düşməyib. Popelas səhvlərindən nəticə çıxararaq prosesə yanaşmasını dəyişib və daha diqqət çəkən, satılan kitablar yaratmağa başlayıb.



Joe Popelas bu yaxınlarda işi üçün 930 min dollarlıq təklif alıb və investorla işləməyə başlayıb. O qazancının böyük hissəsinin Pinterest reklamlarından gəldiyini və təxminən 70-80% mənfəət marjına sahib olduğunu bildirib.