Avtomobil sənayesinin aparıcı markalarından biri olan Mercedes-Benz Automotive, L'Appart PR İstanbul ilə yeni dövr həyat tərzi ünsiyyət strategiyalarını planlaşdırmağa qərar verdi.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, bu yeni əməkdaşlıqla brend mədəniyyət, incəsənət, moda və idman kimi sahələrdə güclü, hədəf yönümlü və uzunmüddətli layihələr həyata keçirmək vizyonunu genişləndirməyi hədəfləyir.
Türkiyədə moda, kosmetika və lüks pərakəndə satış sahəsində dünyanın aparıcı brendlərinə kommunikasiya məsləhət xidmətləri göstərən L'Appart PR İstanbul; 15 illik təcrübəsi və qlobal perspektivi ilə Bulgari, Miu Miu, Burberry, Chanel, Gucci, Swarovski, Bobbi Brown, Estée Lauder, Jo Malone London, M.A.C Cosmetics, Kilian, kimi brendlərin mediasında işləyir. Prime Video və Susona Bodrum kimi həyat tərzi markaları ilə yanaşı marketinq, tədbirlər, sponsorluq, sosial məsuliyyət, böhran idarəçiliyi, rəqəmsal PR və kreativ marka ünsiyyəti fəaliyyətləri həyata keçirir.