Bütün böyük avtomobil şirkətlərinin elektrik modellərinə müraciət etdiyi son dövrdə Volvo da öz elektrik modellərini təqdim etdi. Volvo dizel avtomobilləri ilə bağlı çox kritik bir qərar verdi.
Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, 2022-ci ilə qədər Avropada daha çox dizel avtomobilləri satan İsveç şirkəti bu ilin avqust ayında dərc etdiyi hesabatda satışlarının 33%-nin tam elektrik və ya hibrid modellərdən ibarət olduğunu bildirib.
Əsas səhmlərinin Çinə məxsus olan avtomobil şirkəti Volvo, çərşənbə axşamı verdiyi açıqlama ilə 2024-cü ilin əvvəlinə qədər qalan bütün dizel avtomobil modellərinin istehsalını dayandırmaq qərarına gəlib.
2030-cu ilə qədər tam elektrik avtomobil istehsalçısı olmağı hədəfləyən və son illərdə dizel avtomobillərinin istehsalını sistematik olaraq azaldan Volvo Cars bir neçə ay sonra sonuncu dizel avtomobilini təqdim edəcək.
2024-cü ilin əvvəlindən tam elektrik avtomobilləri dizayn etməyi planlaşdıran İsveç şirkəti bu addımı atan ilk köklü avtomobil istehsalçısı oldu.