Şirkətin ilkin hesablamalarına görə, bu rəqəm 2,4 trilyon Koreya vonuna bərabər olub.



Facemark.az xarici mənbəyə istinadən xəbər verir ki, Cənubi Koreya istehsalçısı Samsung Electronics 2023-cü ilin üçüncü rübündə əməliyyat mənfəətinin 4,5 dəfə azalacağını proqnozlaşdırır. Şirkətin ilkin hesabatına görə, bu rəqəm 2022-ci ilin eyni dövründəki 10,85 trilyon von ilə müqayisədə təxminən 2,4 trilyon Koreya vonu (1,79 milyard dollar) təşkil edib. Bu barədə şirkətin saytında məlumat verilir .


İlkin hesablamalara görə, Samsung-un iyul-sentyabr aylarında əldə etdiyi gəlir 66-68 trilyon von səviyyəsində olub. Müqayisə üçün: bir il əvvəl bu, 76,78 trilyon von idi. Bu rəqəm təxminən 13% azalıb.


Samsung-un üçüncü rüb üçün maliyyə hesabatları daha sonra dərc olunacaq.


FactSet tərəfindən sorğuda iştirak edən analitiklər şirkətin əməliyyat mənfəətinin orta hesabla 2,8 trilyon von olacağını gözləyirdilər .


“İnterfaks”ın qeyd etdiyi kimi, oktyabrın 11-də keçirilən ticarət zamanı “Samsung”un birja kotirovkaları 3,2% artıb. 2023-cü ilin əvvəlindən Cənubi Koreya şirkətinin bazar dəyəri demək olar ki, 24% artıb (438 trilyon vona qədər), Kospi fond indeksi isə 10%-dən az dəyər qazanıb.