Unilever şirkətinin AXE brendi dezodarant, bədən geli və şampun vasitələri kimi məhsulları öz adında birləşdirir. Hədəf kütləsi cavan oğlanlar olan bu brend öz reklamlarında ehtiras yönümlü siyasətini çoooooooox qabarıq şəkildə göstərir.
Məhz bu qabarıqlıq məhkəmədə "onun başına oyun açmışdır". Hadisə belə olub: Hindistanın Nyu-Dehli əyalətindən olan Vaibhav Bedi adlı cavan bir oğlan AXE-ın aşağıdakı reklamını görüb:
Buna inanan gənc oğlan AXE-ı sınaqdan keçirmək istəyib və nəticə hər kəsin gözlədiyi kimi olub. Mələklər yerə enməyib. Bunu görən Vaibhav Bedi mənəvi təzminatın ödənməsi üçün məhkəməyə üz tutub və Unilever şirkətindən kompensasiya tələb edib. Şikayət ərizəsində tələb edilən kompensasiyanın məbləği açıqlanmasa da bu rəqəmin kifayət qədər böyük məbləğ olması söyənilirdi. Nəhayət məhkəmə baş tutdu və AXE brendinin nümayəndələri hiyləgərcəsinə vəziyyəti ələ aldılar. Hakimin qərarını dəyişdirəcək məqam bundan ibarət idi ki, həmin gənc oğlanın - Vaibhav Bedinin fiziki parametrləri AXE məhsullarından istifadə etməsindən asılı olmayaraq mələklərin yerə enməsinə gətirib çıxaracaq qədər ideal deyildi. Amma müştərini razı salmaqdan ötrü Unilever şirkəti Vaibhav Bedini estetik əməliyyat etməyi öz üzərinə götürdü.
Və bununla məhkəmə yekunlaşdı.
Ümumiyyətlə "müştərini razı salmaq" ifadəsi bəzi şirkət və sahibkarlar üçün çox anlaşılmaz ifadədir. Aysberqin görünməz tərəfinin hansı ölçüdə olması onların təsəvvüründə belə deyil.
AXE brendinin bəzi əlavə reklamlarını sizinlə paylaşmaya bilməzdim :)