BAZARSTORE --- 2012-yə damğasını vurdu. Öncə Ramstore-un sonra Citimart-ın təpəsinə silləni vurdu. Strategiya və pulun gücü ilə buranın Azərbaycan, BazarStore olduğunu göstərdi. Təcrübəli əməkdaşlar və böyük büdcələr - nəticə isəəlbəttə ki, uğur. Xırda səhvlər və çatışmazlıqlar təbii ki, oldu və yenə olacaq, bu gün o çatışmazlıqlar yenə də var. Bu il aradan qalxacağı ümidi ilə.



FAVORİT --- 2012-ci ilin pərakəndə satış sektorunda ən uğurlu brendi. Uğurları davam etməkdədir, lakin çatışmazlıqları aradan qaldırmasa və yenilikçi, fərqli atdımlar atmasa, 2013-də Favorit sadəcə ad olaraq qalacaq, əsl “Favorit” isə başqası olacaq.



BOLMART --- 2012- ci ili uğurlu hesab etmək olar. Lotoreya uduşlu kampaniyalar sektorda ilk oldu. Ən yaxın rəqibi “Favorit”i qarabaqara izləyən “Bolmart” –ı 2013-də yeni filiallar və daha yeni, fərqli bir görünüşdə görmək ümidi ilə.



MAKRO --- 2012 –ci ilin ikinci yarısı ciddi bazar payı itirməsinə baxmayaraq, bazarda qalmağı bacardı, kart sisteminə keçsə də, burda ciddi bir boşluq olduğu kimi, ümumən sistemdə də bir boşluq olduğu sezilirdi. Ümüd edirik ki, bu boşluq 2013-də doldurulacaq.



ARAZ --- 2012-ci il uğurlu hesab etmək olar. Amma yenilik və fərqlilik olmadığından bazarda heç nə ilə yadda qalmır, bu da bazar payının yavaş-yavaş itirilməsi deməkdir. Strukturda boşluğun olduğu aşkar görünür. 2013-də yeniliklər, kampaniyalar ümidi ilə.



GRANDMART --- 2012-ci il uğurlu oldu, amma xırda çatışmazlıqlar hələ də qalmaqdadır. Bu çatışmazlıqların aradan qalxması ümidi ilə.


LİFE --- 2012-ci il uğursuz oldu və bazar payı itkisi oldu, bu da normal hal hesab edilir. Çünki market heç bir yenilikçilik və fərqlilik etmir. 2013-də yenilik və fərqlilik görmək ümidi ilə.



BİZİM --- 2012-dən əvvəl necə idisə, indi də elədir, çünki bura Bazardır. Ümumilikdə həm uğurlu, həm uğursuz hesab etmək olar. Çünki yeni filialı açılsa da, əvvəlki bazar payını qoruyub, saxlaya bilmir. Bunun başlıca səbəbi də daxildə boşluqların olması, hələ də köhnə bazar sistemindən, yeni pərakəndə xidmət sisteminə keçə bilməmələridir. 2013-də düzələcək deyə ümid edirik.



RAHAT – adını doğrulda bilməyənlər siyahısına daxildir. 2012-nin uğursuzları siyahısına daxil etmək olar. Ciddi bazar payı itirmələri və uğursuz strategiya nəticəsində ən böyük filiallarının bağlanması bundan qaynaqlandı. Daxildə olan sistem boşluğu, köhnə sistemdən istifadə müştəri narazılığına səbəb olur. Özlərini sudan quru çıxarmaq üçün, “Bolmart”ın keçirdiyi kampaniyanı Copy-Past ediblər. 2-yeni filial açılsa da, onlar da özlərini doğrultmadı. 2013-də düzələcəkləri ümidi ilə.



NEPTUN --- Soliton Qurupun pullar, Marketinq şöbəsi tərəfindən havaya sovrulur, amma ortalıqda hələ ki heç bir nəzərə çarpacaq ciddi bir dəyişiklik görülmür. Market bazar payı itirməkdə davam edir, amma bunun qarşısını alacaq heç bir tədbir görülmür. Solitonun pulu çoxdur, deyəsən. 2013-də daha çox olması ümidi ilə.



SƏBƏT --- 2012-nin uğursuzlarından biri oldu. Ilin sonuna doğru dəyişiklik etsələr də, burda müştəriyə faydalı heç bir addım atılmadı. “Fresco”-nun bakıya gəlişi və “Səbət”i əlinə almağı ilə nəyinsə dəyişəcəyini gözləyirik ümidlə.



KONTİNENTAL --- 2010-da necə idi? Bəs 2011-də? Ya 2012-də? 2013-də guya nəsə olacaq? Olmasını ümid edirik.



CİTİMART --- 2012-də “Bazarstore” el dili ilə desək, qapazı vurdu təpəsinə, çörəyini əlindən aldı. Mağaza “Ramstore”-un taleyini yaşayacağa bənzəyir. Ümid edirəm 2013-cü ilin sonunda da görə biləcəyik səni.



LİDER-AS --- 2012-də ancaq bazar payı itirdi və ilin sonlarına doğru , kənara qoyduğu 3-5 manatı da Elnarə və karta verdi. Öz aləmində nəsə etdi və uğurlu olacağını düşünür. Daxildə ciddi boşluqlar olduğu hər halı ilə seçilir. Kartların 50 azn-dən sonra verilməsi isə gülməlidir. 2013-cü ildə bütün bunların düzəlməsi ümidi ilə.



Aşağıdakı cədvəldə olan qiymət dəyərləndirməsi, marketlərin 100 ballıq göstəricinin neçə faizini yerinə yetirdiklərini göstərir. Hər kateqoriya 20 ballıq sistemlə qiymətləndirilib.



S/s


Supermarketlər


Bu aya olan göstəricilər.


1.


Favorit


79


2.


Bazarstore


75


3.


Bolmart


71


4.


Makro


59


5.


Grandmart


58


6.


Life


58


7.


Neptun


56


8.


Araz


55


9.


Bizim


55


10.


Rahat


54


11.


Səbət


51


12.


Lider-As


48


13.


Kontinental


41


14.


Citimart


35




Bizim


Rahat


Favorit


Bazarstore


Səbət


Araz


Makro


Neptun


Citimart


Kontinental


Life


GrandMart


Lider-As


Bol mart


Keyfiyyət


8


10


15


13


10


13


12


14


9


13


12


14


9


14


Qiymət


14


8


18


15


14


11


15


10


6


5


10


10


9


18


Xidmət


6


8


12


12


7


9


9


10


8


10


9


11


9


8


Çeşid


14


14


18


19


10


12


13


12


7


10


14


11


11


15


Hədiyə və Kampaniya


13


14


16


16


10


10


10


10


5


3


13


12


10


16