Adətən ən sağlam şirkətlər riski gözə alaraq hərəkət edirlər. Danya Proud şirkətlərin böhran dövründə nəyə ehtiyacı olduğu barədə bu yaxınlarda məlumat yayıb.


Böyük və ya kiçik bütün situasiyalara hazır olmalısan


Amerikadakı McDonald`sın mətbuatla əlaqələr üzrə baş direktoru Danya Proud böhran vaxtı gündəlik rastlaşdığı ən pis və ən yaxşı təcrübələrini bizimlə bölüşür.


Prouda görə siz bunları heç vaxt etməməlisiniz.


Tənbəl olun


Sosial media nümayəndələri çox cəld hərəkər edir. Sənin insanların üzərində məsuliyyətin olur, əgər sən planlarını ertələmək barədə düşünürsənsə, bu artıq keçmiş günlərdə qalıb.” Bütün problemlərin mənbəyini bilməlisən. “Əgər problemin nədən törədiyini bilməsən, onu heç vaxt həll edə bilməyəcəksən.”


İmkanları əldən verməyin!


Böhran, hər işi səhvsiz etmək üçün imkandır. Mən maariflənmək üçün hər imkanı dəyərləndirirəm” deyə Proud bildirib.


İnsanları tanımaqda kifayətlənməyin!


Bəzi insanlar internetdə böhran xəbərlərini görür və narahatlıq hissi keçirir. Siz insanlara nə vaxt anlayış göstərəcəyinizi və nə vaxt cavab verəcəyinizi bilməlisiniz. “Başa düşün və qəbul edin ki, sizin brendinizi hamı sevə bilməz”


Siz həmişə belə etməlisiniz!


Böhranı özlüyünüzdə müəyyən edin. Təlaşa qapılmazdan qabaq siz böhranın nə olduğunu anlamalısınız, sizin şirkətə nə kimi təsiri ola bilər, bunu bilməlisiniz və bu işə kimləri cəlb etməli olduğunuzu bilməlisiniz.


Ünsiyyətcil olun!


McDonaldsın baş icraçı direktoru ünsiyyətçil insan deyil. Əmin olun ki, sizin təmsilçi seçdiyiniz şəxs əslində auditoriyanızı təmsil edir.


Jarqondan uzaq durun!


“Jarqondan uzaq durun”- bu Proudun həmişəlik qeydidir. “İnsanlara istədiklərini verin” Proud bildirir ki, bu sizin nə deyəcəyiniz yox, əslində kütlənin nəyi eşitmək istədikləridir. Etiraf edin ki, siz mükəmməl deyilsiniz. Əgər səhviniz varsa bunu boynunuza alıb düzəltməlisiniz. Buraxın, insanlar sizin onları nəzərə aldığınızı bilsinlər.