Mən marketinq ixtisasına qəbul olunduğum gündən indiyə kimi mənə deyilən söz-ixtisasın yaxşıdır, amma bu, qadın üçün deyil. Mən bunla qətiyyən razı deyiləm. Nədənsə insanlar, qadınlara ancaq həkim və müəllim peşəsini yaraşdırırlar. Çox təssüf ki, marketinqi qadınlara yaraşdırmayanlar marketinq haqqında tam məlumatlı olmayanlardır. Məlumat əldə etmək istəməyənlərdir. Marketinq dedikdə, təsəvvürlərində yalnız reklam, satış gəlir. Və bunların da qadınlar üçün çətinlik törətdiyini əsaslandırırlar. Həm də bəzi insanlar düşünürlər ki, qadınlar iqtisadiyyatı o qədər də yaxşı anlamırlar. İqtisadiyyat ev təsərrüfatının idarəedilməsi deməkdir. Nəzərə alsaq ki, qadınlar bunu edir. Onlar ailə büdcəsini idarə edir, ailə üvzlərinin tələbatını malik olduğu maliyyə vəsaiti ilə maksimal ödəməyə çalışır, araşdırır, müxtəlif məhsulları izləyir, onların xüsusiyyətlərini öyrənir.Deməli, özləri də bilmədən marketinqlə tanış olur.
Mən bu cür fikirlərin kökündə qadınlara qarşı ayrı seçkiliyin dayandığını düşünürəm. Qadınlar zərif cinsin nümayəndələridir, amma zəif deyillər !
Qadınlar nəinki marketinq, hərbçi, hətta inşaat mühəndisi, memar və d. peşələrə yiyələnə bilər. Biz bu yay H. Əliyev adına Bakı Dərin Özüllər Zavodunda istehsalat təcrübəsində olduq. Sexlərə ekskursiya edəndə ən ağır fiziki əmək tələb edən peşələrdə çalışan qadınlar da gördük.
Bir dəfə dərsə müəllimimiz bizə-qızlara dövlət televiziyasında qadın sahibkarlar barədə verilişin olacağını dedi. Lakin təəssüf ki, müraciət edilən xanımlar nədənsə verilişdə iştirakdan imtina edirdilər. Müəllimimiz bizdən bunun səbəbi barədə soruşdu və biz bunun cavabını tapa bilmədik. Amma onu demək istərdim ki. bunun, ümumiyyətlə, qadınların yeri yalnız mətbəxdir deyə düşünən cəmiyyətimizdə təəssüf ki, əksəriyyət təşkil edən insanlardır. Bəlkə də bu bəylərin qadın çalışsa. ailədə bəylərin nüfuzuna xələl gələcəyi kimi düşünməsinin nəticəsidir. Və biz bu təfəkkürlərdən ibarət divarı birlikdə yıxmalıyıq. Sahəsindən asılı olmayaraq, qadınlar orada çalışa, uğur qazana bilər. Biz bunu tarixdə həmişə görmüş və görəcəyik. Həm də bunu demək istərdim ki, ən yaxşı marketinq direktorları qadınlardır.
Qadınlar zərif cinsin nümayəndələridir, amma zəif deyillər !