Azərbaycanın bankçılıq sahəsində nüfuzlu internet nəşrlərindən olan www.banker.az  tərəfindən facebook sosial şəbəkəsində keçirilmiş sorğuda “Bank of Baku” rəy iştirakçılarının əksəriyyətinin rəğbətini qazanıb. Şəbəkə istifadəçilərinə ünvanlanan  “2012-ci ilin ən yaxşı bankı hansı bankı seçərdiniz?” sualına verilən cavabların nəticələrinə əsasən sorğuda iştirak edənlərin 29 %-i “Bank of Baku”-nun fəaliyyətini bəyənib. Beləliklə, onlayn sorğuda digər bankları əminliklə qabaqlayan  “Bank of Baku” birinci yerdə qərarlaşıb. Bildirildiyinə görə, “Bank of Baku” ən yüksək yerə sosial şəbəkədə qurduğu fəaliyyət, müştərilərə yönəlmiş yeni məhsul və kampaniyaların təşkili, müraciətlərin çevik cavablandırlmasına görə, sosial şəbəkə istifadəçilərinin ən sevimli bankına çevirib.


 


“Bank of Baku”-nun onlayn sorğuda birinci yerdə qərarlaşması ilə əlaqədar bankın sədr müavini Abbas İbrahimov bildirib ki, təmsil etdiyi bank ilk dəfə deyil ki, sosial şəbəkə istifadəçiləri arasında lider olur. “Keçən il facemark.az  onlayn nəşri tərəfindən keçirilən sorğuda da ən çox bəyənilən bank məhz “Bank of Baku” olmuşdu. Bu, gənc nəslin bizə etibarının göstəricisidir və son bir neçə il ərzində onlara təqdim edilən məhsul və layihələrimizin bəyənildiyi anlamına gəlir. Yeri gəlmişkən, öncədən də elan etdiyimiz kimi bir neçə gün ərzində Facebook sosial şəbəkə istifadəçiləri üçün çox maraqlı "fan kredit" layihəmiz start götürəcək".


 


“Bank of Baku”-nun xidmət və məhsulları ilə ətraflı şəkildə tanış olmaq istəyənlər bankın http://www.facebook.com/bankofbaku sosial şəbəkə səhifəsinə baş çəkə və ya 145 nömrəli Məlumat Mərkəzi ilə əlaqə saxlaya bilər.