Supermarketlərin 2013-cü ilin ilk ayı üçün təhlilini sizlərə təqdim edirik:
BAZARSTORE
2012-ci ildəki uğurunu 2013-cü ildə də davam etdirir. Yeni şöbələrin açılması üçün bütün gücünü səfərbər etmişdir. Ən diqqət çəkən məqamlardan biridə odurki şəbəkə prinsipinə əməl edən yeganə pərakəndə müəssəsidir. 28 “Moll”da olan şöbəsində insanlar özləri ilə gətirdikləri zənbilləri qoymağa yer tapa bilmir və bu məqamda bəzi problemlər yaranır, arabayla aralardan keçişlərdə müştərilər narahatlıq yaşayır. Bunun aradan qalxması vacib amillərdəndir. İçəridə zibil qutularının olmamasıda mənfiliklərdən biridir.
FAVORİT
Favorit ilə uğursuzluqlarla başlayıb və durğunluğu ona geriləməkdə olduğunu əks etdirir. Müşətrilərin şikayət saylarında olan artımlar bunun bariz nümunəsidir. Kart sizteminin şəbəkə prinsipinə uymaması, hədiyələrə bonusların süni şəkildə və çox yüksəyə qaldırılması çox pis bir haldır. İçəridə işçilərin davranışları və məhsula hörmətsizlikləridə dəyərin düşməsinə səbəb olan faktordur. 8-ci mikrorayonda yerləşən mağazada makaronun yerə atılması və işçinin onu təpiklə vurması, 9-cu mikrorayonda uşaq qidalarının və süd məhsullarının üzərinə ayaqqabı ilə çıxılması videosunu sizə təqdim edirəm.
BOLMART
Qiymət siyasətində etdiyi xüsusi islahat ilə rəqib market müşətrilərinin cəlb edilməsi əslində bir oyundur. Qeyri qida məhsullarında qiymətləri yüksəldib qida məhsullarında bunun əksini edərək müştərilərı yanıltmaqdadırlar.
MAKRO
Yeni ildə yeni heç bir şey yoxdur.
ARAZ
Yenilik yoxdur heç olmasa standartlara əməl edin.
GRANDMART
Cəfər Xəndan 26/1 ünvanında yerləşən Grandmartda vəziyyət qənaətbəxş deyildir. Demək olarki həmin ünvan unudulubdur. Şəbəkə prinsipi kobud şəkildə pozulmaqdadır.
LİFE
İlə məhsuldar başlasada ötən ildəki itkilərinin hələ də qarşısını ala bilmir. Köhnə bazar sistemi idarəetmesi gəlirlərin itməsinə səbəb olur.
BİZİM
Nə vaxta qədər Bizim olacaqsan? Bəlkə biraz Bizim pullarımızdan bizədə ayırıb Bizim olasan!
RAHAT
Yeni marketoloq, yeniliklər edir amma bu yeniliklər deyil, Səbətdə edə bilmədiklərini və artıq işlənmiş fikirləri həyata keçirir. Yeni ildə yeni market açılsa da halal olmayan məhsullarla vitrinlərini doldurmağda davam edir. Məsləhət görürəm spirtsiz pivələrdə satsınlar “hacı pivəsi” spirt tərkibli şirniyatlarla yaxşı gedər.
NEPTUN
Soliton Qrupun pulları Marketinq şöbəsi tərəfindən havaya sovrulur, amma ortalıqda hələki, heç bir nəzərə çarpacaq ciddi bir dəyişiklik yoxdur. Market bazar payı itirməkdə davam edir, amma bunun qarşısını alacaq heç bir tədbir görülmür. Solitonun pulu çoxdur, deyəsən. 2013-cü ildə daha çox olması ümidi ilə... Bəli yenə də eyni fikirdəyəm.
SƏBƏT
Görəsən nə düşünür? Hər bir şərait var Bazarda lider olmaq üçün amma icra yoxdur, bəlkədə icraçı yoxdur.
KONTİNENTAL
2010-cu ildə necə idi? Bəs 2011? Ya 2012? 2013-cü ildə guya nəsə olacaq? Olmasını ümid edirik. Avropa qısqanır bizi...
CİTİMART
Nə qədərki sakitçilikdi sat get yoxsa Bazar səni Storiya edəcəkdir.
LİDER-AS
2012-ci ildə ancaq bazar payını itirdi və ilin sonlarına doğru kənara qoyduğu 3-5 manatıda Elnarə və karta verdi. Öz aləmində nəsə etdi və uğurlu olacağını düşünür. Daxildə ciddi boşluqlar olduğu gün kimi aşkardır. Kartların 50 azn-dən sonra verilməsi isə gülməlidir. 2013-cü ildə bütün bunların düzəlməsi ümidi ilə... Nə fikirləşir görəsən? Ümumiyətlə fikirləşirmi?
Növbəti cədvəldə qeyd olunanqiymət dəyərləndirməsi marketlərin 100 ballıq göstəricinin neçə faizini yerinə yetirdiklərini göstərməkdədir. Hər kateqoriya 20 ballıq sistemlə qiymətləndirilmişdir.
S/s |
Supermarketlər |
Bu aya olan göstəricilər |
1. |
Favorit |
76 |
2. |
Bazarstore |
75 |
3. |
Bolmart |
71 |
4. |
Makro |
59 |
5. |
Grandmart |
58 |
6. |
Life |
58 |
7. |
Neptun |
56 |
8. |
Araz |
55 |
9. |
Bizim |
55 |
10. |
Rahat |
54 |
11. |
Səbət |
51 |
12. |
Lider-As |
48 |
13. |
Kontinental |
41 |
14. |
Citimart |
35 |