Bu yazını yazmaqda olan məqsədimi yazının sonunda anlatacam. Bir olmuş hekayəni ilk öncə sizlərə danışım. Bunu sosyal şəbəkədə öz profilimdə paylaşmışdım, maraqlısı odur ki, eyniylə bu hekayədən olmasa da, bunun verə biləcəyi nəticədən danışacam. Hekayəmiz belə başlayır :
Bir gün Coca-Colanın marketinq təmsilçilərindən birini Yaxın Şərqə, bazar araşdırmasına göndərirlər.Təmsilçi araşdırmasından böyük təəssüflə geri dönər. Dostuna araşdırması haqda danışarkən, dostu soruşar :
-Səncə ərəblər üzərində niyə müvəffəqiyyətli olmadınız ?
-Məni Yaxın Şərqə ilk göndəriləndə özümə çox güvənirdim ,bir tək problemim ərəb dilini bilməməyim idi.Buna görə də müştərilərə vermək istədiyim mesajı 3 böyük şəkil posteri yan yana yerləşdirməklə verməyə çalışdım.
Birinci posterdə qızmar bir səhrada ,qumların üzərində sürünən,susuzluqdan taqətdən düşmüş bir adam
İkinci posterdə ,adam yerdə tapdığı Colanı götürüb içir
Üçüncü posterdə işə,həmin adam dirilib ayağa qalxır,və gümrah olur.
-Aaaaa bu gözəl reklamdı,bəs niyə işə yaramadı
-Bilirsən,mən ərəblərin sağdan sola oxuduqlarını bilmirdim ki ?!
Əslində çoxlarınız bu hekayəni niyə paylaşdığımı tam olaraq anlaya bilmədiniz,bir hekayəni də öz təcrübəmdən anlatım :
Günlərin bir günü şirkətlərin birində brend menecer olaraq vakansiya gördüm,cv-mi göndərdim,bir neçə gün sonra telefonumun zəngi ilə oturduğum stulumdan anıdən qalxıb ,otaqdan kənarda telefonu açdım,zəng cv göndərdiyim şirkətdən gəlmişdi,məni dəvət edirdilər.
Səhər qaydasında geyinərək deyilən ünvana getdim,adamlar çox kibarcasına məni qarşıladılar,bir neçə imtahan etaplarına dəvət etdilər..İmtahandan sonra məni keçmə qərarı ilə bağlı bir müddət gözləməmi,qərar verici şəxsin gəlməsini gözləməli olduğum gərkdiyini dedilər.Bir müddətdən sonra işə qəbul şöbəsinin nümayəndəsi mənə yaxınlaşdı,üzündəki xos olmayan qərarı verməyə çalışan,ama heç cür bunu deyə bilməyən,bu sözü deməyə cümləni düzgün ifadə etməyə səy göstərən insan siması vardı, hiss elədim ki nəsə bir şeylər düzgün getmir.Yaxınlaşan kimi dedi : təəssüf ki sizi qəbul edə bilmirik işə, problem rus dilinin istənilən səviyyədə olmamasıdır. Yəqin etmişdim,buna pis olsam da ,yuxarıdakı anlatdığım hekayəni xatırladıqca qarşılaşdığım vəziyyətlə tamamiylə razılaşdım.
Hər hansı bir işdə, xüsusən də marketinqdə xarici dilləri, xalqların mədəniyyətini, xüsusiyyətini, adət ənənələrini, dizaynla bağlı programları bilmək şərtdir,bir gün işinizdə lazım olacaq. Bugun sizdən tələb olunanı yeteri qədər bilmirsinizsə, taleyinizlə barışın ,yarımçığı öyrənib tam eləmək, elədiyiniz səhvlərdən daha asandır, çünki səhvləri bərpa eləmək böyük maliyyə itkisi ola bilər..