Bir zamanlar xüsusilə Sovet ittifaqı dağıldıqdan sonra heyrət içində baxdığımız filmlərin mövzusu olan izləmə sistemləri 80-ci illərin sonuna doğru mülkü istifadədə də tələbatı qarşılamağa başladı. Səmərəliliyi və davamlı genişlənən tətbiq sahələri Naqilsiz Telemetriya sahəsinin dünyada investisiya qoyulan ilk onluqda olmasının əsas səbəbidir. Naqilsiz Telemetriya - Məsafədən Naqilsiz ölçmələrin həyat akeçirilməsi üçün nəzərdə tutulur. GPS Navigasiya sahəsi ilə inteqrasiyası isə bizim çox eşitdiymiz və az bildiyimiz GPS Monitoring adlandırılan tələbatın yaranması ilə nəticələndi. Biz azərbaycanlılar bu sahə ilə Kurtlar Vadisi serialında yük daşımalarının həyata keçirilməsi və mühərrikin söndürülməsi kimi sonradan “eşşi kinodu da ama Israildə olmamış olmaz” dediyimiz kadrlar vasitəsilə tanış olmuşuq.
Ölkəmizin GPS bazarında hal hazırda həm monitorinq həm navigasiya sistemləri üzrə geniş şəkildə faliyyət göstərən şirkətlər var. Ən böyükləri A+A Security LLC, Yollar, Caspian Navtel və Solit şirkətidir. Şirkətlərin portfoliyolarına ölkəmizin və regionun nəhəng şirkətləri daxldir. Məsələn AZENCO, Azersun, Pasha İnşaat, BP, AS İnvestment, Azerkorpu, Az Virt və s. kimi təşkilatlar uzun illərdir ki, bu sistemlərdən faydalanırlar.
GPS Monitoriung bəsit izləmə sistemi kimi qiymətləndirilməməlidir. Sistemin inteqrasiya olunduğu nəqliyyat parkları sürcü kimliyindən yanacaq sərfiyyatına qədər bütün proseslərə nəzarət edə bilirlər. Bu isə öz növbəsində təhlükəsizliyin və şəxsi heyyətin intizamının artması, inzibati xərclərin azalması və operativliyin yüksəlməsi ilə nəticələnir.
Bəs sifarişçilər nəyə diqqət yetirməlidirlər?
1. İstehsalçı
Birinci növbədə istifadə ediləcək avadanlıqların istehsalçısının həqiqətdə hara olduğu çox vacibddir. “Həqiqətdə“ ona görə ki, bren olan bir məhsul əslində ucuz işçi qüvvəsi və istehsal dəyəri səbəbindən Avropa və ya Amerikada yox Yaxın Şərqdə istehsal oluna bilər. Sifariş etdiyiniz zaman mütləq və mütləq “certificate of origion” yəni istehsalçı tərəfindən məhsulun həqiqətən də bu və ya digər yerdə istehsal olunduğunu təsdiqləyən sertifikatı tələb edin. Azərbaycan bazarında İsrail, Çin, Tayvan, Rusiya və Türkiyə istehsalı avadanlıqlar mövcuddur. Onların bir çoxu Qərbi Avropa istehsalı olan avadanlılqlar kimi təqdim olunur. Əgər gps monitoring xidməti göstərən şirkət bu məlumatı Sizə təqdim edə bilmirsə bir başa istehsalçı ilə əlaqə qurmağa çalışın. İstehsala nəzarətin yüksək olması, qazanılmış təcrübənin tətbiqi Sizin istifadə etdiyiniz avadanlıqların daha uzun müddət keyfiyyətli xidmət göstərməsini təmin edəcək.
2. Funksionallıq
Əvvəldə qeyd etdiyimiz kimi, bu sahə dünyada ən çox kapital qoyulan 10 sahə arasında yerləşmişdir. Bu isə avadanlıqlara hər zaman daha çox opsiya və imkanlar əlavə olunuduğunu göstərir. Şübhəsiz ki, Siz tanış olmayan bir sahəyə vəsait ayırırsınız. Belə məqamda Sizə təklif olunan avadanlıqların hal-hazırda qənaət etmək məqsədilə istifadə etmək istəmədiyiniz müəyyən əlavə opsiyalarını (məsələn yanacaq sərfiyyatına nəzarət, sürcülərin kimliyinin tanınması və bort komputer məlumatı ) cari radionaviqasiya cihazı özünü doğruldarsa istifadəsi mümkün olacaqmı?
Bu çox vacibdir. Hər halda bir həll üçün 2 dəfə pul ödəmək istəməzsiniz.
Başqa bir məqam Sizə təqdim edilən avadanlıqların defoult funksiyaları hansılardır? Əgər sifarişçi şirkət Sizdən hər şey üçün sensor tələb edirsə almamışdan öncə bir daha düşünün. Sizə təqdim olunan avadanlıqlar sistem təminatı ilə birlikdə bir sıra defoult imkanlara sahib olmalıdırlar. Sistem Sizə hansı hesabatı və nə formada və ya hansı formatda təqdim edir. Və ya ümumiyyətlə təqdim edə bilirmi?
Sürət məlumatı və Yol tipi və Ərazi Tipinə görə sürət həddi qayda pozuntusu, ani sürət artması və azalması. Eləcə də sistemin və avadanlığı aldıqdan sonra hansı Dövrü Əməliyyatdan istifadə edə biləcəksiniz? Və ya istifadə edə biləcəksinizmi?
3.Sürücü və digər maraqlı şəxslərin avadanlıqlara müdaxilə imkanları varmı və hansılardır?
Diqqətinizə ən geniş yayılmış üsullar aliminium falqaya bükülmə və termometrdən istifadədir.GPS Monitoring bazarında olan avadanlıqların yalnız bir qisminə bu geniş yayılmış müdaxilə təsir etmir.
Şirkətin Sizə verəcəyi cavabdan asılı olmayaraq bunu özünüz test edin.
Bütün avadanlıqlar fiziki olaraq ana qidadan ayrıldıqdan sonra müəyyən müddət məlumat təqdim edə bilir. Lakin çox az avadanlıq fiziki müdaxilənin olduğu barədə Sizə məlumat verə bilər. Bu məqamı dəqiqləşdirin. Əks halda hadisələrə yerində müdaxiləniz mümkün olmayacaq.
Bəlkə də Siz hər şeyi biləcəksiniz lakin iş işdən keçəndən sonra bunun mənası olmayacaq.
4.Sizə hansı sistem və necə təqdim olunur?
Azərbaycan bazarında Türkiyə və Belorusiya istehsalı olan program təminatından istifadə edilir. Proqram təminatının interfeysi Sizi qane etməlidir. Sizin və işçilərinizin lazımı məlumatı vaxtında, təxirəsalınmaz əldə etməsi vacibdir. Sistemin yaşı onun təcrübəsindən xəbər verir. Sistemin öz yerli bazarındakı mövqeyi bu tip texnologiyaları bizdən çox çox daha əvvəl istifadə edən sifarişçilərin sistemə münasibətdə mövqeyini nümayiş etdirir.
Sizə gps monitoring xidməti təqdim edən şirkət proqram təminatçısı ilə hansı səviyyədə əməkdaşlıq edir? Hal-hazırda bir çox şirkətlər proqram təminatının yalnız müəyyən versiyasının istifadəsi ilə kifayətlənir. Bunun əziyyətini isə əlbətdə ki, Siz sifarişçilər çəkirsiniz. Şirkət təqdim etdiyi proqram təminatında baş verən bütün yeniliklərdən istifadə haqqına sahibdirmi? Ölkəmizin gps bazarında fəaliyyət göstərən şirkətlərin bəzisi radionaviqasiya avadanlığı dəstəkləsə də proqram təminatı dəstəkləmədiyindən Simsiz Telemetriyanın ən mühüm imkanlarından məhrumdurlar. Lakin xüsusi ilə qeyd etmək lazımdır ki, bir çox hallarda proqram təminatı istənilən imkanı dəstəkləsə də avadanlıqların bu opsiyalardan umumiyyətlə “xəbəri” yoxdur.
5. 10-15 günlük Sizin avtomobillərə quraşdırılmaq şərti ilə test quraşdırma tələb edin.
Bu dövrdə avadanlığın fəaliyyətini izləmək, eləcə də istifadənizə təqdim olunmuş sistemin xüsusiyyətlərini öyrənmək və qərar vermək imkanınız olacaq.
Qərar verərkən şirkətin Sizə və xidmətə olan münasibətini müəyyən etmək və dəyərləndirmək imkanınız olacaqdır. Unutmayın ki, GPS Monitoring bir xidmətdir. Şirkət satdığı avadanlığa 1 il zamin dura bilər. Lakin Sizin məqsədiniz bu xidmətdən daha uzun müddət istifadə etməkdir. Şirkətlər isə keyfiyyətli xidmət göstərəcəyinə zamin durmağı qısa müddətli münasibətilə nümayiş etdirməlidir.
6.Çalışacağınız şirkətin fəaliyyət istiqamətlərinə və məhsul xətlərinə diqqət yetirin.
Şirkətin özünü mövqeləndirməsi (Positioning) onun işində nə qədər mahir olduğunun göstəricilərindəndir. Azərbaycan şirkətləri Simsiz telemetriya sahəsində kifayət qədər ciddi uğurlar əldə etmişlər. Simsiz Telemetriyanı region bazarında ATM-lərin müdaxilə xəbərdarlıq sistemi olaraq tətbiqini yalnız Azərbaycan şirkətləri həyata keçirir.
Unutmayaq ki, Azərbaycan bazarında özünü doğrultmayan və müştəri təqdirindən kənarda qalan və böyük potensialına baxmayaraq bazardan uzaqlaşan şirkətlər də az deyil. Hər halda şirkətin Sizi avadanlıqları ilə “baş-başa qoyub” gedən şirkətlərdən olmasını istəməzsiniz. Bu təcrübəni bir çox Azərbaycan şirkətləri yaşayıblar.
7.Müştəri Portfeylinə diqqət yetirin.
Şirkətin portfeylində Sizin fəaliyyət sahənizə müvafiq şirkətlər varmı? Şirkət onlara hansı həlləri təqdim etmişdir və əldə etdikləri faydalar nələrdən ibarətdir.
8.Referans məktubları və kontanklar tələb edin.
Ümumiyyətlə bu sistemlər düzgün tətbiq edildiyi zaman kifayət qədər nəticə verir. Sadəcə yüz dəfə yox, 8 dəfə ölçüb bir dəfə biçmək kifayətdir. Ümid edirəm ki, yazdıqlarım Sizin üçün faydalı olacaq.