Bu dəfəki yazımın marketinq və bizneslə əlaqəsi çox azdır. Sadəcə Sizinlə qəliz düşüncələrimi bölüşmək istəyirəm. Bir zamanlar təsadüfən rastladığım Cem Karaca mahnıları məni o qədər çox düşündürmüşdü ki, internet radioların birində “Rok Dolu Anadolu”lahiyyəsini təqdim etdim. Bəzən dahilər öz idealarını sadəcə 2 sətirlə də ifadə edə bilirlər. Yəqin bu əsasə səbəbdir ki, Nazim Hikmət haqqında çox bilməsək də bu “küləyə qarşı yeriyən”adamın şerlərində gizlənən və məyus olmamak üçün imtina etdiyimiz düşüncələr, insan ruhu və ədalətə heyranlığımızı gizlədə bilmirik.



Tələbə olarkən bir şəxsin tədbirlərində dinləyici idim. Bu şəxs insanların demokratiyaya gedən evalusiya yolunun “hanibalizmdən – amerikaya nümunəsinə” adlandırırdı. Maraqlısı bu idi ki, onun danışdıqlarında yola çıxsaq sanki insanların bugünkü səviyyəyə gəlməsinin əsasə səbəbi qida rasiyonun dəyişməsi imiş. Ən maraqlısı o idi ki, onun sadaladıqları o qədər paradoksal idi ki, o nə qədər auditoriyanı inandırmağa çalışsa da doğurdanda bəşər övladının sadəcə rasionunun dəyişdiyindən başqa nəyəsə inanan olmadı. Onun dediyi ən dəyərli söz “Müharibədə 2 şey olur, biriləri ölür digərləri isə pul qazanır” idi. Ona yazığım gəldi. Bu sözlə həm özünü həm də bütün tezislərini yerlə bir eləmiş oldu.




Gülhanə Parkı, İstanbulun ən gözər parklarından biridir. Mənim özüm üçün 6 il bundan öncə kəşf etdiyim bu ərazi həqiqətən də ruhumu azad buraxıb, düşünməyə doğru uzun yol ala bildiyim və sözün əsl mənasında paradigma shift olduğum nadir məkanlardandır. Yəqin mənim İstanbul yox, hər zaman Gülhanə Parkı üçün darıxmağımın səbəbi də məhz budur. Bəzən düşünmək üçün xəyalən Gülhanə Parkına gedirəm.



İstanbulda keçiriləcək seminarda iştirak edəcəyimə Rafiq müəllimə 100% əminliklə söz verməyimə baxmayaraq, çox sevindirici xəbər səbəbindən gedə bilmədim. Ancaq bu xəbər məni daha çox Gülhanə Parkına aparıb gətirir. İçimdən “adam olun” kimi sözlərlə xitab etmək istədiyim o qədər insanla qarşılaşırıq ki, bəzən keşkə dünyanın dörd tərəfi Gülhanə Parkı olsun istəyirəm.



Mən bədii əsərləri oxumağı çox sevirdim. Ancaq indi oxuya bilmirəm. Həyatda sağ qalmaq üçün realist olmaq lazımdır. Reallıq isə ondan ibarətdir ki, biz insanlar hanibalizmdən-moneybalizmə dəyişmişik və hələ də dəyişə bilməmişik. “İnsan təbiətin ən təkamül varlığıdır” – yalandır. Biz hələ də sağ qalmaq üçün bir-birimizi məhv etməyə hazırıq. Bu isə tragediya deyil. Tragediya pis və yaxşı arasında seçim etmək deyil, tregediya iki yaxşıdan heç birini seçməmək də deyil. Tragediya iki yaxşı arasında heç birini seçə bilməməkdir.



Dünyanın xəyallarımızda olduğu kimi olmasını istiyirəm. gözəl, ədalətli və humanist olsun istiyirəm. İnsanların yaşayaraq vətən xaini öldüksın sonra vətəndaş olmasını istmirəm. İnsanların düşündükləri isə arzuladıqlarının eyni olmasını istiyirəm. Övladlarımın ideal cəmiyyətdə yaşamasını istiyirəm. Qansız qadasız və düşmansız dünya olsun istiyirəm. Cəlladların üzr istəməsini, balıqların üzəndə sərhəd tanımadığı kimi , insanların da dünyanın həqiqi hakimi olmasını istiyirəm. İstəmirəm kiməs ölkəmi iranlaşdırsın, kimsə türkiyələşdirsin, kimə rusiyalaşdırsın, kimsə amerikalaşdırsın və s. Monqurtlaşmış idealogiya qurbanlarının öz ağalarının düşüncələrinin sırımamasını istəyirəm. İstiyirəm ki, insanlar yaxşıları görsünlər. İstiyirəm ki, insanlar 2 yox, 5 yox, 15 yox, çox çox çox sayda yaxşı arasından seçim edə bilsinlər. İnsanların Gülhanə Parkında olmayan ceviz ağacından deyil, əkilən, sulanan ceviz ağaclarında danışmaqlarını istəyirəm.



İstiyirəm insanlar sırf başqalarından fərqlənməyə çalışmaqla bir-birinə daha çox oxşadıqlarını anlasınlar və olduqları kimi olsunlar. Siyasət, pul, var-dövlət yox. Sadəcə insanların yaşamaq arzusunun sadəcə belə olmasını istəyirəm:



Yaşamak, Bir ağaç gibi tək ve hür
Ve bir orman gibi kardeşcesinə