Supermarketlərin bu aya olan vəziyyətini analiz edərkən toxunacağım mövzu supermarketlərin sosial mediada mövqelənməsi olacaq. Supermarketlər sosial bir obyektlərdir, çünki ordan hər yaş kateqoriyası istifadəedə bilər, bu birbaşa yada dolayısı yolla olur. Hətta heyvanlar belə birbaşa və ya dolayısı yolla istifadə edir. Biz insanlardan danışırıq və bu qədər insanların tez-tez istifadə etdiyi və günlük həyatlarının və yaşamlarının bir hissəsi olan supermarketlər niyə sosial olmaqdan və ya sosiallıqdan qaçır? Mənim yazılarımı bütün supermarket sahibləri və onların marketinq direktorları oxuyur amma nədənsə cavab yazmağa çəkinirlər. Bunun əvəzində anonim zənglərlə hədə qorxu gəlməyi üstün tuturlar. Buna bir ad verək hörmətli oxucular.



Sosial mediada mövqelənməyə gəldikdə isə bunu kortəbii edənlər var və külli miqdarda vəsait ayrılır buna görə.



1)Görəsən faydasını necə ölçürlər? Bizədə izah edən olsaydı öyrənərdik.
2)Bayramdan-bayrama aktivləşənləri isə başa düşürəm. Kişilər pul qazanmaq istəyir amma görəsən həmin qazandıqları pulun neçə faizi həmin reklamların sayəsində olub?
3) web səhifələri olan supermarketlər azdır və onlarda çox passivdirlər, demək olarki yenilənmir. Yenilənənlərsə bayramdan-bayrama.



İndi isə keçək fevral ayında olan manitorinqlər, analizlər, araşdırmalara və hansı supermarket nə qədər sosiallaşır və sosialda nə dərəcə loyallığı və dürüstlüyü qoruyur.



ən çox şikayət olunan marketlər siyahısında Bizim, Rahat, Neptun başçılığ edir.



BAZARSTORE - Kişilər işləyirlər, həqiqətəndə əllərindən gələnin 50%-ni edirlər, lakin bunu 100% etsələr hər şey əla olar. Sosial davamlılıq və sosial loyallığı qoruyan yeganə supermarketdir. Amma ilk çəkdikləri reklam rolikini unutmadıq.J Amma səhvlərini düzəltdilər. Təbriklər!



FAVORİT -Sosiallığa qarşı allergiyası olan marketlər sırasındadır. Amma sosial yönümlü edilən “ehtiyacı olan pulsuz çörək götürə bilər” aksiyasını unutmadıq. “Copy – paste” olsada, Azərbaycanda analoqu olmayan bir davranış sərgilədikləri üçün təbriklər! Amma sosial davamlılıq və loyallıq yoxdur.



BOLMART- İşçiləri sosialda aktiv olmayan insanların işlədiyi müəssisənin aktivliyini sosiallıqda görmək və axtarmaq yersiz olardı. Bizdən niyə qaçırsınız? Yəni müştərilərinizdən.



MAKRO - Heç mikro sosial belə deyil. Qazanmaq hissi bütün hisslərdən alidir.



ARAZ - Sosialıq deyəndə görəsənbu marketin sahibkarı və marketinq departamentinə başa düşür? Ola bilsin sosiala çıxıb batmaqdan qorxurlar.Qorxmayın siz “kolay-kolay” batmazsınız.



GRANDMART- Altes Plazada mağazan olsun, sosial şəbəkədə rəsmi səhifən olmasın, bu dəhşətdir. Pulsuz məsləhət: Facebook-da rəsmi səhifənizi açın, resepşnda olan qız və yaxudda oğlan idarə etsin. Əlavə heç bir xərciniz çıxmayacaq “you die”.



LİFE - Keçən həftə Ə.Əliyev ünvanında açdığınız yeni mağazadavaxtı keçmiş 500 qramlıq “bizim süd”-ün qatığı var idi. Götürdünüz onu yoxsa hələdə ordadır? Biabırçılıq!!! Nizamidədə uduşa avtomobil qoymusunuz, yəni qonşudan qalma dala. Mağazanın içərisindən turşu iyi gəlir bir ona əncam çəkin. Yaddan çıxmadan onuda deyimki, təzə açılan marketinizdə bukletdə Keşlə bazarı ilə üzbə- üz yazmışdınız amma Keşlə bazarı ilə oranın arasında 850 metr məsafə var. “Be gross”-unuzda mübarəkdir. Biraz babatdır amma oranı da “Life” kimi etməyin. “Rahat”-ın 30% dövriyyəsinidə rahatca almısınız. Onsuzda vəziyyəti yaxşı deyildi, sizdə gətirib ağzının içində açdınız marketi J.“Be gross”-la sosiallaşa bilərsiniz amma “Life”-da çox işlər görməlisiniz. Yoxsa oranı da Aquapark kimi satmalı olacaqsınız.



BİZİM -Adına quzu kəsərəm sənin. Sosial şəbəkə demək qorxulu bir şey deyil. Bizdə ordayıq, ordada “BİZİM” ol. Bazar olmaqdan çıx, qurtul artıq!



RAHAT– Sosial şəbəkələri fevral ayında cuşa gətirən marketdir. Facebook səhifəsini axırki, yeni marketoloqları professional olaraq işlədir. Təbriklər! Amma xahiş edirəm şikayətləri silməyin çünki hamısı məndə “print screen” olaraq var. “Be gross”-a görədə keçmiş olsun.



NEPTUN - İdarəetməsində olan boşluqlar nəticəsində, əlində olan kadrlar və müştərilərini itirir. Ən son filialınızı nə vaxt açmısınız? Sosial mediada mövqelənmək istəyirsiz amma bunu professional edə bilmirsiz. Əlinizdə hər bir imkan var amma idarəetmə sistemində boşluq çoxdu!



SƏBƏT -Səbət sosiallaşardı amma Fresco imkan vermədi. Səbətin sosial mediaya çıxaraq uğur əldə etməsi ilk vaxtlar münkün idi amma hal-hazırda çox çətin bir vaxt yaşayır “səbətlər”.



KONTİNENTAL - Sosiallaşmağa ehtiyac yoxdur.Səni hamı tanıyır amma dünyada. Kassirlərinizə kofe içirin bekarçılıqdan kassadayatırlar. Qəti şəkildə qınamıram. Satıcı qızlar əsgərlikdəki oğlanlar kimi bütün həyatları boyu olan hadisələri bir-birilərinə söhbət edib qutarıblar, oda bekarçılıqdan. Soruşan yoxdur ki,“ay brat” buranın rasxodlarını hansı pulla ödəyirlər? Soruşmayın, araşdırmayın, başınızı ağrıtmayın “po bratski” məsləhət.



CİTİMART -Deyirəm bu il Azərbaycandakı son ilindi, heç olmasa bir nəsə elə ki, yaddaşlarımızda qal.



LİDER-AS - Marketoloq axtarıramki, buranın sahibkarına Facebook-u başa salsın “Mado”-da qonaqlıq məndən.



Aşağıdakı cədvəldə olan qiymət dəyərləndirməsi, marketlərin 100 ballıq göstəricinin neçə faizini yerinə yetirdiklərini göstərir. Hər kateqoriya 20 ballıq sistemlə qiymətləndirilib.




S/s


Supermarketlər


Bu aya olan göstəricilər


1.


Favorit


76


2.


Bazarstore


76


3.


Bolmart


71


4.


Makro


59


5.


Grandmart


58


6.


Life


55


7.


Araz


55


8.


Bizim


55


9.


Neptun


54


10.


Rahat


52


11.


Səbət


51


12.


Lider-As


48


13.


Kontinental


41


14.


Citimart


35