Azərbaycan xalqı olaraq nümunə götürməyi çox sevən bir xalq sayılırıq. İstənilən işdə evdə, işdə və hətda ümumi yaşam tərzimizdə. Uşaq vaxtından bizə “filankəs”in uşaqları nümunə göstərilir. Ağıllı uşaq modeli kimi təqdim olunur. Onun getdiyi yolla getməyimizə çalışılır. Onun üçün edilənlər bizim üçün edilir və s. Böyüyüb unversitetə girdikdən sonra müəllimlərimiz bir zamanlar orada uğurlu olmuş tələbələrini bizə nümunə göstərir və tez tez onları bizə xatırladırlar. Daha sonra iş həyatımızda rəhbərlər bizə bəzi işçiləri nümunə göstərirlər və onlar kimi olmağımızı tələb edirlər. Bununla da biz üstlərə qalxdıqca eyni qaydada davam edib, özümüzdən sonra gələnlərə eyni formada davranırıq.
Amma ən asas qabartmaq istədiyim məsələ, şirkətlərimizdə idarəçilik abu havası, idarəçilik düşüncəsi haqqında fikirlərimi paylaşmaqdır. Hal hazırda Azərbaycanda çox az sayda da olsa idarəçilik modelləri müasir idarəetmə modellərinə uyğun qaydada yəni idarəçi=koordinator+katalizatordüstüruna əsasən hərəkət edir. Yəni onlar, idarəçiliyi tək kreslodan oturmaqla göstərişlər verməklə deyil, həmçinin özləri nümunə olmaqla yerinə yetirir. Davamında onu qeyd edim ki, Geyim etikası son illərdə yüksək səviyyədə inkişaf etməyə başlayıb. Artıq orta dərəcəli sahibkarlar da bu işə diqqət ayırmağa başlayıblar. İşçi heyyətinin şirkətin imicinə uyğun geyimlə təmin olunması da ürəkaçan məsələdir. Amma, bəli “amma”lar var. Şirkətdə müəyyən bir vəzifəyə qalxdıqdan sonra idarəçiliyi yuxarıda qeyd etdiyim formada anlayanlar yəni qalstuk taxıb, kresloda oturub , göstəriş verməklə məşğul olanlar yalnız bir müddət uğurlu ola bilirlər. Bu ən çox dövlət idarə etmə modelinə uyğun gəlir. Bu günə qədər ki təcrübəmdə həm öz şirkətimdə həmçinin bir neçə fərqli əməkdaşlıq etdiyimiz şirkətdə və əlbəttə ki, dostlarımın çalışdıqları şirkətlərdə bu “idarəçi” ideologiyası ilə hərəkət edənlərin uğursuzluğunun şahidi olmuşam.
İdarəçiyə əlbəttə ki, xarizmatik danışıq, göstəriş vermə qabiliyyəti, natiqlik və xüsusi geyim forması şərtdir. Ancaq ən əsası bütün bunları normal qaydada təmsil edəcək“idarəçi psixologiyası” ən vacib amildir. Çünki, ağacın yarpaqları, meyvələri və ucalığı onun kötüyü üzərində dayanır.