Azərbaycanda ağartı məhsulları bazarında müəyyən paya sahib Atena MMC "qonşudan geriyə qalma" prinsipi ilə hərəkət edib. Sözün düzü bu reklam çarxının nə zaman və kim tərəfindən hazırlandığı mənə məlum deyil. Heç lazım da deyil :) Amma söhbət insan qidasından üstəlik ağartı məhsulunun istifadəsindən gedirsə, bu çatışmamazlığı hər kəs görməlidir.
Bu reklam çarxını Youtube-da tapa bilmədiyim üçün Atenanın rəsmi saytına keçməklə izləyə bilərsiniz:

http://atena.az/reklam_2.html

Deməli məsələ nə yerdədir. Reklam çarxının 0:16 saniyəsində Atena qatığın istehsal prosesi göstərilir. Təbii ki, istehsal xəttindəki işçilərin geyimi öz qaydasındadır (xalat, əlcək, kalpak). Amma bir nəfər xaric... Arxa hissəsi izləyiciyə tərəf olan xanım gözəl və qara saçlarını açıq şəkildə saxlayaraq sanki istehlakçıya özünü bəyəndirir. Bəs hanı gigiyena? Hanı təmizlik? Qatığın içindən həmin xanımın saç teli çıxsa, kim buna cavab verəcək?

Hələ üstəlik başqa bir reklam çarxında isə özlərini "süd qoruyucuları" adlandırırlar.







İndi siz deyin: Kimdir müqəssir? Reklam sifarişçisi mi? Reklam istehsalçısı mi? Yoxsa çaş-baş qalan istehlakçı mı?