19 mart mənim üçün çox maraqlı bir gün idi. Səhər Anar müəllimin elədiyi zəngdən tutmuş bu yazını yazana qədər olan bütün saatları xoş məsuliyyət dolu gün adlandırmaq olar.



Anar müəllimin dəvəti ilə Marketing AİR 2 təlimində qonaq kimi iştirak edirdim. Anar müəllimə təklifinə görə təşəkkür edirəm. Təklif o qədər gözlənilməz idi ki, açığı hardan başlayıb harda bitirəcəyimi belə müəyyən etməmişdim. Amma sağ olsunlar elə maraqla qulaq asırdılar ki, hələ reqlamenti də 5-10 dəqiqə keçdim. Marketing AİR məzunlarına CRM-in tarixindən, tətbiq edilməsindəki hədəflərdən, müştəri məmnuniyyəti və daxili müştəri məmnuniyyəti, müştəri təqdirindən, eləcə də müştəri mənsubluğundan, selektiv əlaqə metodundan, fərdi yanaşmanın vaciblyinindən danışdım. Ümid edirəm ki, onlar üçün maraqlı oldu.



Marketing AİR məzunlarının səsi-sorağını çox adam eşidir. Məsələn, Tural Abdullayevin supermarketlər haqqında aylıq hesabatlarını inanmıram ki, kimsə nəzərindən qaçırsın. Ya da Emil Əlizadənin reklamlar haqqında maraqlı araşdırmaları olsun və ya Ramil Cabbarovun seminarları olsun və Babek Musazadənin, Aynur Abbasovanın, Həmid Ağayevin, Günel Mustafazadənin gözəl və dəyərli fikirləri olsun, iş yerlərində və öz bizneslərində uğurlu irəliləyiş edən dostlarımız olsun və s. və ilaxır o qədər misal var ki, say ki sayasan. Hamımız çox böyük təcrübəni bölüşürük. Birinci məzun olmaq düşünürəm ki, hər birimizin çiyinlərinə çox böyük məsuliyyət əlavə edir. Hər birimiz öz fəaliyyətimizdə Marketing AİR-i təmsil edirik.



Marketing AİR 2-nin tələbələrinə gəlincə. Dostlar Sizə təşəkkür edirəm. Sizinlə ünsiyyətdə olmaq böyük zövq verdi mənə. Sizlərin baxışlarınızda olan maraq və öyrənmək hissini görmək çox şeyə dəyərdi. Dinləmə qabiliyyətiniz və məsələlərə dərin analitik yanaşmanız məndə çox gözəl təəsürat oyatdı. Hər şeydən əlavə belə parlaq düşüncə tərzinə sahib insanlarla ünsiyyətdə olmaq çox gözəl təcrübə idi.



CRM mövzusun yaxın dövrlərdə indikindən daha da aktual bir formada Azərbaycan şirkətlərində tətbiq ediləcəyinə inanıram. Əlbəttədə "bazar şirkətin göz yaşlarına inanmır" və şirkətləri canlı orqanizmə bənzətsək onların da "yaşamaq haqqı" olduğunu, öz mövcud olma fəlsəfələrini bazarın tələblərinə uyğunlaşdıracağı vaxın gələcəyini düşünməmək mümkün deyil.



İnanıram ki, Siz öz fəaliyyətinzidə tələbkar müştəriləri yetişdirməyə çalışacaqsınız. Müştəri məmnuniyyətini müştəri təqdirinə çevirən təcrübələrin müəllifləri məhz bizlər olacıq. Axır biz Marketing AİR tələbələri və məzunlarıyıq.



Ümid edirəm ki, Sizinlə bölüşülən bütün məlumat və təcrübələr gələcəkdə uğurunuzun davamında əhəmiyyətli rol oynacaq. İnshallah 4Ç-də görüşərik.



Ümid edirəm ki, təlimdə Sizlərlə nəsə dəyərli bir şey bölüşə bildim.



Ancaq əmin olun Sizdən daha çox şey öyrəndim.Bir daha hamınıza təşəkkür edirəm.