Yeni tətbiqlə dost siyahınızda olmayan birinə mesaj göndərmək artıq ödənişlidir. Belə ki, dost siyahınızda olmayan birinə göndərdiyiniz mesaj istifadəçinin "digər" (spam - red.) qovluğuna düşür. Əgər bunu istəmirsinizsə təqribən 1 manat ödəyərək göndərdiyiniz mesajın istifadəçinin "gələn mesajlar" qovluğuna düşməsini təmin etməniz mümkündür.
Bu tətbiq üzərində uzun müddətdir ki, düşünən "Facebook" beləcə ödənişli mesajı həyata keçirmiş oldu.
KREDİT KARTI LAZIMDIR
Mesaj göndərmək istədiyinizdə qarşınıza gələn xəbərdarlıq pəncərəsi sizi istiqamətləndirir. Mesaja görə ödənişi kredit kartı ilə həyata keçirə bilərsiz. Ödəniş yerinə yetirildikdən sonra mesaj qarşı tərəfə çatdırılır. İndi əsas məsələ Facebook istifadəçilərinin bu tətbiqə necə reaksiya verəcəkləridir. Çünki bu tətbiq hələ fikir mərhələsindəykən belə çox danışılmış və mübahisələrə səbəb olmuşdu.