Dünya praktikasında bəzi şirkətlər öz reklamlarda bir çox üsullardan istifadə etməklə adi insanları öz potensial müştərilərinə çevirirlər. Ən geniş yayılmış üsul insan beynini idarə edə bilməkdir. İnsan beyni göz ilə görüdüklərinin ən yaxşı halda 3%-i dərk edə bilir. Geridə qalan 97% isə insanın şüur altına yerləşir. Şüur altına yerləşmiş olan informasiya həmin informasiyadan asılı olaraq insanı maksimum dərəcədə həmin hərəkətə sövq edir. Bu hərəkət daimi təkrarlanarsa, artıq həmin insan haqqında danışılan əmtəənin aludəçisinə çevrilir. Marketinq mütəxəssisləri üçün bundan yaxşı uğur ola bilərmi?

Hər hansı bir məlumatı şüur altına yeridildisə, deməli missiyanın ilk və ən vacib hissəsi yerinə yetirilmiş olur.


Ümumiyyətlə insanın şüur altına ən tez daxil olan 3 mövzu var:


1) Dəhşət;


2) Ölüm;


3) Seks.


Bu gün bu mövzulardan ən çox istifadə ediləni haqqında yazmaq istərdim.



Şüur altına təsir üsulları haqqında çoxlu yazılar yazılıb, kitablar dərc olunub, verilişlər hazırlanıb. Amma hələki əksər insanlar bundan xəbərsizdir və hələ də marketinqin hiylələrinə aldanırlar. Ümumiyyətlə bu üsul təkcə məhsulların reklamında istifadə olunmur.



Aşağıda buna bənzər nümunələrə baxmağınızı xahiş edirəm:



Hadise - Mesajımı almıştır o (klipdən bir epizod)








Bu nümunələrə artıq Azərbaycanda da rastlamaq mümkündür:




www.emilalizadeh.com