Facebook-da səhifə idarəsi ilə məşğul olan çox insanın qarşısına Konqo Demokratik Respublikası ilə bağlı statistika çıxmışdır.
Belə ki, əsasən Azərbaycan səhifələrinin “Like”lərinin ölkə olaraq statistikasında Konqo Demokratik Respublikasının böyük bir üstünlüyü var. Məsələ bir müddət çox adamı maraqlandırdı, hətta Marketoloq Rəhman Əhmədov “Lokal Marketing” kitabında belə bu məsələyə toxunub, statistikaları təqdim elədi. Konqoluların Azərbaycana marağı çox da real görünmürdü, çünkü, Konqolu qardaşlarımız Azərbaycan brendlərinə maraqlı olsaydı, bu bir və ya iki brenddə özünü göstərərdi. Ancaq məsələ daha Qlobaldır.
Hal-hazırda çalışıdığım Gənclər Klubu – IB Club-un səhifəsində də eyni statistikanı gördükdən sonra məsələni araşdırmağa başladım..
İlk öncə aşağıdakı səhifələrin like statistikalarına nəzarət edək və başlayaq məsələni araşdırmağa.
Deməli, like sayına görə Top 5-də yer alan, Azercell, Bakcell, Romantic, Ideal Perfumery and Cosmetics, İrşad Telecom və IB Club-un liker statistikalarnda da Konqonun üstünlüyünü açıq aşkardır.
Nəyə görə Konqo Demokratik Respublikası.. Araşdırma nəticələri isə maraqlıdır.
Məsələ nə Konqolu qardaşlarımızın Azərbaycana marağı, nə də Brendlərə olan maraq ilə bağlıdır. Çünkü məsələ özü elə texniki səhv səbəbindən yaranan məsələdir.
Deməli, siz yaşağıdınız yer və ya doğulduğunuz yer olaraq “Baku” və ya “Sheki” şəhərlərini qeyd etdiyiniz zaman qarşınıza həm Azərbaycan Respublikası, həm də Konqo Demokratik Respublikasında olan “Baku” və “Sheki” şəhərləri çıxır. Eyni şəhərlər həm Azərbaycanda, həm də Konqo Demokratik Respublikasında olduğu üçün, çox insan diqqət etmədən Konqonu qeyd edirlər.
Diqqət etmədən qeyd edənlər nəticəsində hal-hazırda facebook-da 9000-ə yaxın Azərbaycanlı, Konqolu olaraq qeyd olunub.