Azərbaycanda insanların sosial mediaya olan marağı get gedə artdığından şirkətlər də Sosial Media-ya “hücum çəkirlər”. Məqsəd isə bəllidir – Satış, brendinq.
Son dövrlərin ən uğurlu internet layihələrindən biri olan P&G-ın “Başımı Qaşı” layihəsi internet aləminə səs saldı. Sosial Mediada bu layihənin reklamları hər “addımbaşı” görünürdü. İlk başlarda internet layihəsi kimi başlayan bu layihə sonrdan “Metro”-ya daxil oldu. Bütün yaş qruplarının istifadə etdiyi Metronun hər qatarın, hər vaqonunun manitorunun hər reklamdan sonra “İnsanların baş beynini aparan” Röya “Başımı Qaşı” layihəsini təqdim edirdi. Metrodakı insanların reaksiyası isə havaya sovrulan “yüzminlərin” göstəricisi idi. Bəli, internet aləmində böyük marağa səbəb olan bu layihəyə Metroda hörmət qoyan adamlar sadəcə bu layihəni əvvəlcə internetdə görüb hörmət edənlər idi. Mükafat məbləği 5000azn isə insanları bu layihələ hörmət etməyə təşfiq edən daha 1 faktor idi. Nəticə etibarilə Xərclənən 100 minlərə dəydi ya yox onu gələcəkdə P&G bilər yəqinki.. Onu da qeyd edim ki, son həftədə cəmi 32 video müsabiqədə iştirak etmişdir.
Daha 1 sosial media layihəsi: “IB Club” və “Vita1000” əməkdaşlıq edir.
IB Club üzvlərini daimi olaraq ekskursiyaya getdiyi AzGranata zavoduna getmək üçün bu dəfə “istək məktubu” yox “istək video”-su göndərməli idilər. Videoda “IB Club” və “Vita1000”-i əks etdirən kadrlar olmalı və maksimum dərəcədə kreativlik göstərilməli idi. Sual isə belə idi: “Bu ekskursiyada niyə məhs sən iştirak etməlisən?” Bu suala ən kreativ cavab verən (video düzəldən, çəkən) iştirakçılar AzGranataya ödənişsiz iştirak hüququ qazanacaqdı. Bundan əlavə ən kreativ videolar 200AZN, 100AZN, 50AZN mükafat veriləcəkdi.
Layihənin müddəti: 6 gün
Layihəyə xərclənən pul: Cəmi 350AZN
Layihə üçün video göndərən iştirakçılar: 28
Layihənin qısa zamanda bu qədər marağa səbəb olmayan şey bir çox şirkətdə olan problem – “word of mouse” probleminin olmamasıdır. Qeyd edim ki, Vita1000 bu layihəni cəmi 3000 (IB Club üzvü) arasında etmişdir.
Məsələ hansının uğurlu hansının uğursuz olması deyil. Nəticə olaraq hər 2 Layihədə şirkətlər istədiklərinə çatdılar. İlk layihədə yüzminlərlə, 2-də cəmi 350 manata.
Haqqında gedən layihənin videolarına buradan baxa bilərsiniz.