Hədəf seçib, seçdiyi bu hədəfə çatmaq və uğurlu olmaq istəyən əksəriyyət insanların düşdüyü xətalardan biri də, nəticə üçün tələsməkdir. Bir hədəf seçib, həyatında nəyisə dəyişmək istəyərkən bunun qısa bir zaman içərisində olmasını gözləyir. Bu mümkünsüz olduğundan da, gözlədiyi vaxt müddətində bunun reallaşmamasına görə xəyal qırıqlığına düşür və bunu öz istedad və bacarıqları ilə əlaqələndirir. Bu cür bir qərar verdikdən sonra isə artıq gələcək həyatında da yeni hədəf seçərkən və qərarlar verərkən bu gəlmiş olduğu qənaətə görə davranır. BU qənaəti referans alıb edə biləcəkləri iləə bağlı son bir limit təyin edən, istedadlarının tavan yüksəkliyini təyin edən hərkəsin verdiyi o qərar şübhəsiz yanlış olacaq.
Əslində isə, düzgün yanaşma bunun tam əksi olmalıdır. Dəyişmək və uğur qazanmaqla bağlı olan bu paradqmanı dəyişməliyik. İllərdir yaşadığımız həyat tərzi və olduğumuz insanı bi anda tamamilə dəyişmək mümkün deyil. Amma zamanla tam istədiyimiz nəticələrə çatmaq isə mümkündür.
Bunun üçün HZİ metodundan istifadə etməliyik və bücür bir yanaşmamız olmalıdır uğur və dəyişməklə bağlı.
HZİ nədir? HZİ (H: hərgün, Z: Zərrə, İ: İnkişaf).
Nəyisə vəya nələrisə dəyişmək istədikdə HZİ daim ağlımızda olmalıdır və onunla ölçməliyik nəticələri də.
Bir anda əla olmayacaq hər şey. Yeni nəticələr üçün bugünə kimi bizdə olmayan istedadlar və bacarıqları formalaşdırmalıyıq özümüzdə. Hazırkı biz ölməlidir ki, yeni və daha güclü olan biz dünyaya gəlsin. Hazırkı bizim formalaşması və indiki halda olması bir anda olmadığı kimi, onun dəyişimi də, bir anda olmayacaq elə buna görə də həvəslə başladığımızyeni cəhdlərimizin yarımçıq qalmaması və arzuolunan məqsədə çata bilməyimiz üçün nəticə üçün tələsməməliyik lakin təyin olunan zaman içərisində üzərimizə düşənin və əlimizdən gələnin ən yaxşısını etmək üçün tələsməliyik. Bizə düşən nəticə üçün narahatlıq yox, etməli olduqlarımız və edə biəcəklərimizi edib-etmədiyimizlə bağlı narahat olmalıyıq. Çünki Allah çalışanın əməyini zay etmir. Hər əkdiyimizi mütləq biçirik. Pis vəya yaxşı fərqi yoxdur.
Böyük, çox dadlı və yeməyi çox istədiyiniz bir tortu tamamını bi anda yemək mümkün deyil amma hamısını yemək mümkündür. Bunu necə edərsiz? Əlbətdə o tortu kiçik hissələrə bölərək rahatlıqla tamamını yemək mümkündür.
Dəyişiklik də eynən bu cür olur addım-addım, hər gün bir zərrə dəyişməklə. Zamanla davam edən və toplanan ZƏRRƏ dəyişikliklər sonda FİRTINA nəticələr olaraq həyatınızda özünü göstərəcək. Bu fırtına bu gün sizdə olmasını istəmədiyiniz, varlığından narahat olduğunuz vərdişlər, xüsusiyyətlər, insanlar və.s hər birini yuyub aparacaq, yox edəcək tamamilə və yerində isə yeni və möhtəşəm sürprizlər sunacaq sizə.
Tənbəllikdən, işləri soraya saxlamaqdan qaçmaqla yanaşı, lazım olduğunda səbr edib gözləmək də uğur üçün olmazsa-olmaz şərtlərdəndir "tələsən təndirə düşər" misalının nəticəsini realda yaşamamaq üçün.
Bugün qərar verib, nələrisə edib sabah da əldə ediləcək qədər asan olsaydı hərkəs uğurlu olardı, istəyən hərkəs tez bir zamanda arzuladığı kimi bir həyat yaşayardı. Amma bu belə deyil. Bu o uğurlara həqiqi mənada layiq olanlarla olmayanları ayırd edən bir imtahan kimidir. Və bu imtahanda yoxlanılan əsas olaraq bizim qətiyyətimiz, uzun zaman və istənnilən tərzdə işləmək və əziyyət çəkməkdir. Uğur qazanmaqdan daha çətin olan bir şey var o da qazandığı uğuru qoruyub saxlamaq və böyütmək, inkişaf etdirmək. Bunun üçün bizə lazım olanlar isə ilk uğuru qazanmaq üçün çalışarkən, mübarizə apararkən mənimsədiyimiz yeni xarakteristik özəlliklər, vərdişlər, çətinlik və problemlərə qarşı mübarizə aparmaq, problemləri həll edə bilmə qabiliyyətidir. Xarakterimizin möhkəmlənməsi və uğur haqqında olan paradiqmamızdakı dəyişikliklərdir.
Yəni qısacası özümüzdə, içərimizdə olan və olacaq dəyişikliklərdir. Və biz özümüzü dəyişmədikcə, ətrafdakı dəyişiklilklərin o qədər də əhəmiyyəti olmayacaq. Düzdür mühitimiz dəyişə bilər və bunun müsbət təsiri olacaq amma içiimizdə, real kimliyimizdə olanlar dəyişməyibsə bunun təsiri tam olmayacaq yada qısa bir müddət sonra keçmiş özümüzə qayıdacağıq.
Burda HZİ ilə dəyişmək deyərkən başqa insan olmağı nəzərdə tutulmur. Dəyişmək dedikdə daha yaxşıya doğru HZİ etməkdir məqsəd.
Biz özümüzdə var olan istedadların, qabiliyyətlərin, gücümüzün əslində fərqindəyik lakin fərqli səbəblərdən bunların üzərini ört-basdır etmişik və indi özümüzündə tam razı olmadığı bir insan olmuşuq mənimsədiyimiz düşüncə tərzi və inanclar baxımından. HZİ ilə təklif olunan isə potensialımızın üzərini qapatmış və bizə əngəl olan bu toz basmış zıncırlərdən, gerçək bizlə aramıza hörülmüş bu divardan qurtulmaqdır. HZİ isə bu divarı bir anda, bir zərbə ilə dağıtmaq xülyasına qapılıb sonra isə qırıq xəyalları itmiş inancla toplamaqdansa, hər gün o divarın bir daşını dağıtmaq, bir kərpicini sökməkdir.
Hər Gün Zərrə dəyişmək, inkişaf etmək və bunlara qarşı da ayıq olmaq lazımdır. Əldə etdiyimiz kiçik amma hədəflərimiz yönündə olan zərrə nəticlərin fərqində olmaq, onlar üçün özümüzü təbrik və də şükr etmək lazımdır ki, əməyimizə xəyanət etmiş olmayaq. Bu həm də, daxili motivasya üçün ən əsas vasitələrdəndir. HZİ ilə mükəmməlik üçün bugün edəcəyin dəyişikliyin doğum günü olsun. Ən kiçik addımı elə indi at. Uğurlar!!!