Marketinq – bu söz özündə çox şey ifadə edir.. Mən bugün marketinqdən danışmaq istəmirəm (danışmayacam).. Sizlərə marketinqə töhvə verən gənclərdən danışacam, o gənclər ki sözün yaxşı mənasında özlərini bu yolda fəda etmişlər.



Bu yaxınlarda Azərbaycan Marketinqində yeni tövhə oldu ,bu yeni layihə olan marketinq.net saytıdır.Səhər tezdən işə gələrkən hər zaman ümumi gündəmi izləyirəm,bu sosial şəbəkələrdən, müəyyən xəbər saytlarından olur. Qarşıma marketinq.net çıxdı,dedim bir göz atım, görüm nə yeniliklər var burda. Gəzdim səhifələri, yazıları oxudum, kifayət qədər yenilik dolu bir saytdır. Sonra bir yenilik daha oldu, Multibon Manads.az təsisçisi kimi tanıdığım Vaqif Abbasov sən demə bu layihənin də təsisçisi imiş, çox istedadlı və prespektivli bir gənc uğurla irəliləməkdədir. Çox sevindim, fəxr etdim ki, Azərbaycan Marketinqi adına əllərindən gələni əsirgəməyən dostlarım var, ən əsası da Azərbaycan Marketinqi əmin əllərdədir.




Facemark.az saytını marketinqdən xəbəri olan hər kəs eşitmişdir, əgər eşitməmişsinizsə demək ki eşitməməklə bərabər çox şeyi də itirmisiniz. Yarandığı gündən hər zaman yeni layihələrlə tez bir zamanda geniş kütləyə xitab edən Facemark, hal-hazırda Azərbaycanın ən böyük marketinq birliyidir. O vaxt bu layihənin uğurlu olacağına inam az idi, ama demək ki gözləntilər hər zaman doğru olmaya da bilər, əzimkar mübarizə özünü qısa zamanda göstərdi .Neçə neçə xarici festival və forumların media dəstəkçisi olan Facemark uğurla irəliləməkdə davam edir. Bu marketinq birliyinin təsisçisi Rafiq Vəliyevdir. Gənc olmasına baxmayaraq kifayət qədər ciddi uğurlara imza atmış, özünə inamlı və ən asası da riskləri sevib hər zaman öndə olmağı bacarmış bir insan. Marketinq elədir ki risk etmədiyin tədqirdə heç vaxt uğur qazana bilmərsən.




Marketinq AİR treninglərinin nəticələrini yavaş yavaş hiss edənlər, bu praktiki təlimlərin nə qədər vacib və dəyərli olduğunu bilirlər. 2012-ci ilin oktyabr ayından start verən treninqlər, 100-ə yaxın məzun yetişdirmişdir. Bunlar Azərbaycanda sözünü demiş şirkət nümayəndələri, tələbələr və marketinqi sevib, onu öyrənməyə və uğurla tətbiq etməyə çalışanlara xidmət etməkdədir. Necə oldu ki, Marketinq AİR yarandı? Kiçik bir tarixi sizə çatdırım – Öz sahəsində kifayət qədər uğur qazanmış 3 gənc Anar Bayramov, İlkin Manafov və Rafiq Vəliyev bir araya gələrək bu Marketinq AİR məktəbinin əsasını qoydular ,Azərbaycanda öz dilimizdə Praktiki Marketinq Təlimlərinə start verildi. Bununla da Azərbaycanda Marketinq havasına yeni nəfəs, yeni fikirlər və yeni idealar gətirdilər.




FMR TV layihəsi, hal-hazırda Azərbaycanda ilk və yeganə internet marketing televiziyası kimi tarixə düşüb. Hər zaman televiziya qarşısında əyləşərkən düşünürdüm ki, görən nə zamansa Azərbaycanda marketinqlə bağlı bir veriliş, bir talk show olacaq mı? Sanki səsimi eşitmiş kimi, bir neçə gündən sonra FMR TV yaradıldı, mənim düşündüyümdən daha böyük və daha geniş miqyaslı. Artıq marketinqin müzakirəsi üçün FMR TV daha böyük imkanlar açır. FMR TV-nin təsisçiləri Anar Bayramov, İlkin Manafov Rafiq Vəliyevdir, Marketinq AİR təlimlərindən dərhal sonra 2-ci uğur FMR TV ilə gəldi .



MMF2013 (Milli Marketinq Forumu) - Çox səs küylü, böyük kütlə tərəfindən müzakirə edildi. Sözün əsl mənasında bütün Marketinq aləmini silkələyən və Azərbaycan ilk dəfə Milli Marketinq Forumu 2013 keçirildi. Bu artıq Azərbaycan Marketinq Tarixində bir inqilab, bir İLK oldu. 3P (Praktika ,Problem,Paylaşma) adlanan bu Marketinq Forumu öz dilimizdə keçirilən ilk Marketinq Forumu kimi tarixə keçdi. Bu forumda çox insanların zəhməti oldu, gecələr gündüzlərə qarışdı, gərgin əməyin nəticəsi olaraq ortaya olduqca maraqlı, baxımlılığı ilə sosial şəbəkələrdə reytinqləri al üst edən bir komanda işi ərsəyə gəldi. Bu layihənin təşkilatçıları Anar Bayramovun, İlkin Manafovun Rafiq Vəliyev adı ilk sıralarda gəldi, komandanın digər üzvləri İB Club-un peşəkar komandası, spikerlər, moderatorlar tam professional və öz işlərini gözəl bilən insanlar idilər. Sədəcə orda olmaq lazım, "yüz eşitməkdənsə bir görmək yaxşıdır" deyib atalar.



Nəticə olaraq onu deyə bilərəm ki, bunlar son deyil ,hər atılmış addımın davamlı olmasına çalışılır, məqsədimiz bildiklərimizi paylaşmaq, paylaşaraq öyrənmək və eyni zamanda özümüz də öyrənək. Iyun ayının 29-30–da marketinqi sevən hamını, Camp 3P adlı yay düşərgəmizə dəvət edirik.




Çoxlarınız bu yazını esse oldğunu düşündünüz......yanılmadınız.. Bu bir kiçik essedir. Amma həqiqi esse latın dilindən – var olma, yaranma, həyata gəlmə kimi tərcümə edilir. Mən də bugün marketinqin esselərindən (yaradılışlarından) esse yazdım.