Əziz Oxuyucu! “Qüsur Nəzəriyyəsi”© adlı silsilə yazılarımda diqqətinizə qarşılaşdığım marketinq qüsurlarından və bu qüsurları aradan qaldırmaq barədə tövsiyyələrimi nəzərinizə çatdıracağam.
İlk “qurban” məişət texnikası satışı ilə məşğul olan mağazalar şəbəkəsinin 28 may küçəsində yerləşən filialıdır. Belə ki, mağaza, alıcıların rahatlığını təmin edən bir kampaniya keçirir. Fərqli bir şey olmasa da amma təqdirə laiqdir. Buna hələlik (!) sözümüz yoxdur. Amma bu kampaniya hədəfə yönəlik mesajını hansı formada və hansı qüsurla çatdırır? Bunu araşdıraq. Hədəfdə çöl reklamıdır. El arasında “setka vinil” adı ilə tanılan bir materialdan hazırlanan bu cür məhsulun üzərindəki informasiya gecə vaxtı demək olar ki, heç cür oxunmur. Dərdimiz bu deyil. Ümumi baxdığımızda korporativ rənglər qorunub və rəng kombinasiyasındakı qüsurlara göz yumsaq ümumlikdə dizayna OK vermək olar. Amma dizaynerin işini yerə vuran məqam isə montajlamadır. Belə ki, bu tip reklam növlərində istifadə edilən sima (bəzi hallarda brend sima) tam toxunulmaz olmalıdır. Çünki, burada təsvir edilən sima istehlakçını göstərir. İnsanlar buna baxdıqda özlərini görür.