2011-ci ildə Google tərəfindən satın alınan Motorola Mobility-nin yeni logosu, Google ailəsindən olan Nexus-un logosunu xatırladır. Yeni logoda Motorolanın məşhur "M" hərfi vurğulanarkən, arxa plandakı qırmızı rəngin yerinə, rəngli bir halqa buraxması tipografik dəyişikliklərlə daha da gənc bir logo formalaşdırıb.


Yeni logoya əlavə olunan "a Google company" parçası və istifadə olunan rənglər Google xatırladır.
Motorola son dəfə loqotipini 2011-ci ildə Motorola Solutions şirkətindən ayrıldıqdan sonra dəyişib. O vaxt şirkət ağ-qara nişanı rənglisi ilə əvəzləyib. Qeyd edək ki, Google şirkəti 2012-ci ildə Motorola-nı 12,5 milyard dollara satın alıb.
Motorola-nın yeni logosu
Motorola-nın köhnə logosu