Dəyərli oxucu! Bu yazıda hər gün dəfələrlə müraciət etdiyiniz alış-veriş məkanlarında marketinq hiylələrindən danışacam. Bəlkə də fərqinə varmadan bir çox hiylələrin qurbanı olur, son nəticədə kassa qarşısında cibləri boşalmış məsumca qalırıq.
- “Sezonun son endirimi”, “Likvidasiya”, “Mağazanın bağlanması ilə əlaqədar endirimlər” – bu hiylə əsasən “əldə qalan” məhsullara xitab edən hiylədir. Qeyd edim ki, əksər vaxtlarda da işə yarayır.
- Geyim mağazalarında böyük güzgülər – incə məqam: güzgü önündən keçdiyiniz zaman özünüzə nəzər yetirmədən keçə bilməzsiniz. Öz xarici görünüşündən də 100% razı olan insan tapa bilməzsiniz. O zaman fikir oyanır: təcili nəsə almalıyam. Bununla da insanlarda “nəisə alma” hiss oyanır ki, satışa da bu lazımdır: “yetər ki istə, biz bir şey taparıq”.
- Böyük zəmbil – böyük xərc – supermarketlərdə tövsiyyə edilən əl zəmbilləri və ya diyircəkli zəmbillər heç də bizim rahatlığımız üçün geniş hazırlanmamışdır. Belə ki, zəmbil boşluğu alıcıda diskomfort yaradır və tez bir zamanda onu doldurmaq istəyir.
- Səliqəsizlik – bunu təbii ki, sizdən əvvəl gələn alıcılar deyil, mağaza işçiləri yaratmışlar. İlk dəfə Türkiyədə tətbiq edilən bu metod insanların ucuza meyillilik hissinə xitab edir. Böyük zəmbil daxilində səliqəsiz şəkildə atılmış məhsullar elə ən çox satılan məhsullardır. Qeyd edim ki, ölkəmizdə də bu hiylə geniş vüsət almışdır. Hətta bu supermarketlərdə şəkər tozu, makaron, un çeşidlərində özünü daha çox büruzə verir.
- Aromarketing – bu hiylə insanların məkanda daha çox sağlamağa xitab edən taktikadır. Əsasən, təzə çörək və kofe ətri insanların vaz keçmədiyi ətirlərdəndir.
- Uşağın göz səviyyəsindəki məhsullar – daha bir maraqlı hiylə. Supermarketlərdə tətbiq edilən metod, uşaqlara xitab edən məhsullarln uşaqların görə biləcəyi və əl ata biləcəyi səviyyədə yerləşdirilməsidir. Valideyn duyğularını alət edən bu metod əla hiylədir. Əgər mağazada “şou” yaranmasını istəmirsizsə, o zaman uşağınızı qucaqda ya da diyircəkli zəmbildə gəzdirin.
- 2 ədəd cəmi 199 AZN – şüuraltı təsir edən bu metod da “işləyən hiylə”lərdəndir. Belə ki, məhsulların təkinin qiyməti 100 AZN, ikisinin toplamında 200 AZN olan qiyməti son qiymətdə 199 AZN göstərməklə, insanlarda ucuza almaq həvəsi yaradılır. Bəs nəyə görə insanlar 1AZN-lik fərqi görmür?! Bu barədə növbəti “,99 AZN: Bizi aldadırlar?” adlı yazımda…
- Yaxşı ki gördüm – kassaya gedən yolda, insanların daim tələb duyduqları məhsullar yerləşdirir. Bu isə insanlarda: “Lap yadımdan çıxacaqdı, yaxşı ki gördüm” hiss oyadır ki, son nəticə də qurbana çevrilirsiz.
- Ən lazım olan – ən sondadır – mağazaya daxil olan hər kəsin mütləq aldığı: çörək, süd, pendir və sair bu kimi məhsullar mümkün qədər ən axırda yerləşdirilir. Bununla alıcının supermarketdə daha çox gəzməsinə məcbur etmək və daha çox məhsula nəzər yetirməsinə zəmin yaradır. Nəticə etibarilə, daha çox məhsul görüb, daha çox alış-veriş edirsiniz.
- Ən təhlükəli yer – təbii ki bu yer kassadır. Tələsməyin, ödənişdən əvvəlcə kassadakı mövqeylənən məhsullar: saqqız, şokolad, qəzet, batareyka almayacaqsız??? Kiçik məbləğlər, böyük biznes yaradır.