2016-cı il Fransada keçiriləcək "Euro 2016" futbol çempionatının loqotipi Parisdə geniş tamaşaçı kütləsinə təqdim olundu.


Loqotip portuqaliyalı dizayner agentliyi tərəfindən hazırlanmışdır və təşkilatçıların sözlərinə görə, çempionatın şüarı "art of football" çempionatın loqotipinə uyğundur.
Təşkilatçılar həmçinin qeyd etdilər ki, təsvir özündə bir neçə müxtəlif bədii istiqamət və futbol elementini birləşdirir və məhz bu yarışın qaliblərinə veriləcək olan "Anri Delone" kubokunun ətrafında cəmlənmişdir. Euro 2016 çempionatı Fransada 10 iyun-10 iyul 2016 tarixində baş tutacaq.
Fransanın futbol federasiyasının prezidenti "Michel Platini" mətbuat konfransında bildirdi ki, "Mənim fikrimcə, bu loqotip parlaq fransız xarakteriylə ifadə olunub. Loqotipdə bayrağımızın rəng çalarları olan qırmızı, ağ və göy kimi rənglər və əlbəttə mərkəzdə çempion tituluna ümid mənbəyi olan kubok da əks olunub. Bu loqotipi hər cür anlamaq mümkündür. Şəxsən mənim bu variant ürəyincə oldu".