Dünyanın ən böyük dörd yoxlama və məsləhətçilik şirkətlərindən biri olan Ernst & Young yeni logosunu təqdim etdi. Ernst & Young şirkəti yeni logosu ilə artıq qısaca "EY" olaraq tanınacaq.
İngiltərənin BrandPie agentliyi tərəfindən hazırlanan yeni logo, şirkətin geniş şəkildə istifadə olunan "EY" başlığını ön plana çəkir. Logonun altında isə, şirkətin "Building a better world" şüarı yer alır.