Xəbər verdiyimiz kimi, “Marketing AİR” təlimləri 2012-ci ildən başlayaraq artıq 2 dəfə keçirilmiş və uğurla başa çatdırılmışdır. Həmin təlimlərə 130 nəfər iştirakçı qatılmışdır. Onların içərisində ümumi olaraq 70-dən çox müxtəlif şirkətlərin əməkdaşları, tələbələr və digər marketinqlə maraqlananlar var idi.
Əvvəlcədən nəzərdə tutulduğu kimi, sentyabr ayının 15-dən 3-cü “Marketing AİR” təlimləri keçiriləcək.
Marketing AİR nədir?
Marketing AİR - marketinq, reklam, pr və digər əlaqəli sahələrdə çalışanlar və ümumilikdə marketinqlə maraqlanan hər kəs üçün yerli biznes-keysləri özündə əks etdirən praktiki marketinq təlimləridir.
Təlimlərin əsas məqsədi nəzəri marketinqlə praktiki marketinq arasında olan fərqi minimuma endirməkdir. Bunun üçün də nəzəri biliklər əsas alınmaqla yerli bazarda uğur qazanmış praktiki metodlarla müxtəlif mövzuları əhatə edən seminarlar təşkil olunacaq. Treninqlər “Marketing AİR” adı altında keçiriləcək. Maraqlananlar üçün təlimə verilən adın mənası real təcrübələrə dayanan milli marketinq havası anlamına gəlir. Təlimin əsas sloqanı isə azərbaycan dilində “paylaşırıq” mənası verən “we share”dir.
Hansı mövzular olacaq?
Əsasən strateji marketinq, brendinq, müştəri psixologiyası və marketinq kommunikasiyaları, PR kimi mövzular real təcrübələr əsasında tədris olunacaq.
1. Strateji marketinq - Azərbaycan və yerli şirkətlərdə tətbiq edilən marketinq strateqiyaları, onların praktik tərəflərində meydana çıxacaq məsələləri müzakirə edərək şəxsi təcrübələrdən misallar veriləcək. Həmçinin burada strateji idarəetmədə olan yeni tendensiyalar barədə danışılacaq.
2. Brendinq - Burada yerli şirkətlərdə brendinqin təşkili haqqında real təcrübələrdən söhbət açılacaq və bütün mövzular sırf keys xarakteri daşıyacaqdır. Brendinq muasir biznesin əsası olduğundan seminarların üzərində ciddi işlənilərək daha faydalı məlumatlar paylaşılacaq.
3. Yeni marketinq, kommunikasiyalar və müştəri psixologiyası - Bu silsiləyə aid seminarlar marketinqin gələcəyi, muasir marketinq texnoloqiyaları, bir sözlə gələcək marketinq barədə söhbətlər olacaq və marketinq kommunikasiyalarından danışılacaq. Eyni zamanda müasir dövrdə uğura gedən yol müştərinin qəlbindən keçdiyindən onun “qəlbini” ələ almaq üçün müştəri psixologiyası haqqında yerli və xarici praktika paylaşılacaqdır.
Ümumilikdə 25 məşğələ olacaq. Eyni zamanda, Azərbaycan marketinq sektorunda olan fikir liderləri və şirkət rəhbərləri ilə görüşlər olacaqdır. Təlim iştirakçılarına sertifikatlar və Marketinq AİR diplomu veriləcəkdir.
Proqramın ödəniş haqqı – 200 AZN-dir.
Treninqləri kim keçəcək?
Treninqləri marketinq və biznes sahəsində təcrübəli şəxslər tərəfindən keçiriləcək. Həmin təlimçilərin bəzilərinin adları aşğıda qeyd olunub. Yaxında bütün spikerlərin adları tam açıqlanacaq. 25 təlim mövzusu təxminən 12 nəfərə yaxın peşəkar təlimçi tərəfindən keçiriləcəkdir:
Anar Bayramov - "ORO Mebel" şirkətinin Baş Meneceri
İlkin Manafov - "Embawood" şirkətinin marketinq direktoru
Rafiq Vəliyev - "İdeal Perfumery and Cosmetics" şirkətinin marketinq direktoru
Necə iştirak etmək olar?
Marketing AİR seminarlarında iştirak etmək üçün www.facemark.az saytında xüsusi olaraq yaradılmış http://marketingair.facemark.info/linkindən istifadə edərək qeydiyyatdan keçmək lazımdır. Yuxarıda qeyd olunmuş linkdən istifadə etməklə qeydiyyat üçün lazımı məlumatları əlavə edərək qeydiyyatınızı tamamlamış olursunuz. Qeydiyyatdan keçdikdən sonrakı prosedurlar barədə operatorlar Sizinlə telefon və maillə əlaqə saxlayıb bilgilər verəcəkdir. Seminarların keçirilməsi vaxtı və yeri və ümumiyyətlə istənilən yenilik operativ olaraq Sizə çatdırılacaqdır.
Yuxarıda qeyd etdiyimiz kimi treninqlərin ilk günü 15 sentyabr 2013-cü il olaraq nəzərdə tutulub. Qeydiyyat işləri isə 05 sentyabradək davam edəcəkdir.
Təlimin əsas hədəf kütləsi işləyən menecerlər və marketinq (biznes) karyerası qurmaq istəyən tələbələr olduğu üçün təlim vaxtının yenə də iş vaxtından sonra, yəni saat 19:00-da olması planlaşdırılır.
İştirakçılar və ya treninqlərlə maraqlananlar suallarınızı fasiləsiz olaraq Sizə xidmət göstərən operatora zəng etməklə verə bilər və ya e-mail yaza bilərsiniz.
E-mail: marketingair@facemark.az Tel: +99470 333 05 30