Sentyabr ayının 15-ə Azərbaycan ilk Praktik Marketinq təlimləri olan Marketinq AİR üçüncü dəfə start verir. Ətraflı bu haqda yazmışam.
Əziz oxucu Azərbaycanda Marketinqlə həqiqi maraqlanan hər kəs heç olmasa bir dəfə Marketinq AİR təlimləri haqqında eşitmişdir. Bu çox yaxşı haldır. Bununla biz düzgün yolda olduğumuzda bir daha əmin oluruq. Biz ölkədə Marketinq havasını düzgün istiqamətdə dəyişdiyini görürük. Artıq 150 nəfərdən çox marketoloq Marketinq AİR təlimlərində iştirak edib. Bugün bizim tələbələrimizin səsinin “yuxarılardan” gəlmisi bizi, çox sevindirir. Əlbəttə bu Marketinq AİR təlimlərinin (qeydiyyat üçün buraya keçin) bazarda belə uğur qazanmasının çoxsaylı səbəbləri vardır. Bu səbəblərdən bir neçəsi barədə məlumat verərək, tamamiylə yeni Marketinq AİR təlimlərdən danışacam.
Niyə Marketinq AİR uğurludur?!
- Marketinq AİR təlimlərində biz yalnız real praktikada olan və Azərbaycanda biznesindəki keyslərdən danışırıq. Biz qalın kitablarda olanları əzbərləyib danışa bilmirik. Çünki Marketinq AİR ilk praktik marketinq təlimidir.
- Marketinq AİR təlimlərində əsl məntiq öyrətmək deyil, təcrübədə gördüklərimizi dinləyicilərə bölüşməkdir. Biz əslində “öyrədirik” sözünü işlədə bilmərik. Biz sadəcə bölüşürük, biz sadəcə paylaşırıq. Kimlərsə öyrənir, kimlərsə öyrənmir. Əsas odur ki, biz öz biliklərimizi dərinliyinə qədər paylaşırıq.
- Marketinq AİR təlimlərində dinləyicilər yalnız praktik marketinq deyil, həmçinin biznesdə ən vacib məsələ olan “əlaqələr” əldə edirlər. Biz öz dinləyicilərimizə ölkədə güclü marketoloqlarla tanış edirik. Bizim təlimlərdə əsl marketinq havası olur. İştirakçılar bunu bilir… bugün AİR məzunları özləridə bunu bilmədən ətraflarında bir AİR “komyuniti”, bir AİR icma yaradıblar. Bundan nə AİR-in, nədə özlərinin xəbəri yoxdur))!!!
- Marketinq AİR təlimlərində biz dinləyicilərə yeni düşüncə tərzi, daha əvvəl “sadə” görünən şeylərə indi daha fərqli, daha sistemli, daha biznes məntiqli baxmağı öyrədirik. Təsadüfi deyil ki, bizim məzunlarımızın bəziləri öz biznesi qurub və ya hal-hazırda bunun üzərində ciddi işləyir. Biz öz məzunlarımıza Marketinqlə yanaşı, biznesi sevdiririk… bu əladır.
- Marketinq AİR təlimçiləri və ya təsisçiləri bu layihə qətiyyən biznes yanaşma kimi baxmırlar. Butün təsisçilər AİR təlimlərini ürəklərini qoyublar, qoyurlar. Bilirsizdə ürək və zəhmət olan yerdə uğur özü olur!!! Bizim təsisçilərin hədəfi Marketinqin inkişafıdır. Onlara pul lazım deyil (bu yalnız mənə lazımdır… mən olmasam orda bəlkə təlim pulsuz olar…)))
- Marketinq AİR təsisçilərindən danışdımsa… mütləq gərək Marketinq AİR məzunlarındanda danışım. Sizə səmimi deyim… Yaradana Qurban olum… elə-bil bilərəkdən bizim qarşımıza yalnız və yalnız savadlı, istedadlı, pozitiv adamlar çıxarır… Marketinq AİR məzunlarında xüsusi bir aura var. Bu adamlar danışdıqca mən gələcəyə daha müsbət formada baxıram. Əlbətdə meşə çaqqalsız olmaz… bizimdə “çaqqallar” var. AMMA onlar azdır))
Biz Marketinq AIR təsisçiləri olaraq düşünürük ki, ölkənin inkişafında bilikli marketoloqların çox olması şərtdir. Məhz buna görədə biz işimizin “yumşaq” desək çox olmasına baxmayaraq Marketinq AİR 3 təlimlərinə sentyabr ayının 15-ən olaraq start verməyi qərara gəlmişik.
İnkişaf sözü yenilik sözü ilə sinonimdir. Bu baxımdan biz Marketinq AİR təlimlərini yeni nəfəs, yeni istiqamətlər bir sözlə, Embawood sözü olmasın Yenidən Yeni – Marketinq AİR hazırlamışıq. Bu yenilik təlim proqramının hər bir elementimdə, hər bir “damlasında” hiss ediləcək. Amma buna baxmayaraq mən bu yenilikləri 3 əsas istiqamətə ayırmaq istəyirəm.
Birincisi təlim proqramında olan yeniliklər. Biz bu təlimdə Marketinq AİR-i paylaşmalarını daha detallı məlumatların üzərində cəmləyəcəyik. Başqa sözlə desək, əgər biz daha əvvəl ki, təlimlərdə brend kommunikasiyalardan danışırdıqsa… bu dəfə brend kommunikasiyalara giriş verib, TV reklamlarda GRP və CPT məntiqlərini açıqlayacağıq. Bu məntinqlərin Azərbaycan reallıqlarında necə işlədiyi barədə məlumatlar verəcəyik. Paylaşmalarımız daha dərinləməsini olacaq.
İkincisi təlimin qonaqlarında olan yeniliklər. Marketinq AİR 1 və 2 biz biznesdə tanınmış adamları dəvət edərək sadəcə qonaq kimi öz fikirlərini deməklərini təşkil edirdiksə… bu dəfə bu format tamamiylə yenilənir. Daha konkret desək, artıq biz qonaqlarımızı konkret mövzuya uyğun biliklərini paylaşmalarını xahiş edəcəyik. Qonaq gəlib konkret mövzuda öz təcrübəsini bölüşəcək. Biz qonaqlarımızı (dostlarımızı) daha çox çərçivəyə salaraq, onlardan maksimum çox faydalı məlumatları dəyərli AİR 3 məzunlarımız üçün təklif edəcəyik. Həmçinin qonaqlarımız xüsusi seçilib. Super olacaq!!!
Üçüncüsü Marketinq AİR təlimlərinin sonunda biz Marketinq AİR 1 və Marketinq AİR 2 təlimçilərin birlikdə bir görüşünü təşkil edəcəyik. Bu görüş AİR networkinq məntiqi ilə olacaq. Başqa sözlə desək… yox bunu deməyim bunu desəm digər təsisçilərlə “davamız” düşər… mənədə bu dava lazım deyil. Çünki biz birlikdə bir-birimizə sinerji veririk. Biz bir-birimizə sinerji verərək daha çox təlim edə bilərik… daha çox təlim olsa Marketinq daha güclü olar, Marketinq daha güclü olsa, Azərbaycan iqtisadiyyatı güclü olar… Azərbaycan iqtisadiyyatı güclü olsa… neysə bir sözlə mən üçüncü yenilik barədə Sizlərə qismən məlumat verim.
Beləliklə AİR 3 mükəmməl olacaq!!! Mən burda necə iştirak edə bilərəm deyirsinizsə, buraya keçin.
ƏLAVƏ OXUMAQ ÜÇÜN:
- İlk dəfə Necə hazırlaşırdıq Marketinq AİR-ə