Coca-Cola 1887-ci ildən etibarən 125 ildir ki, istifadə etdiyi qırmızı rəngi yaşılla əvəzləyib.
Tərkibinin 30 faizinin təbii maddələrdən ibarət olması səbəbindən “PlantBottle” mükafatına layiq görülən yeni markalı məhsul hazırda yalnız Argentinada satışa çıxarılıb. Tərkibinə qatılan “Stevia” adlı dadlandırıcı sayəsində yeni məhsulun kalorisi əvvəlki məhsulla müqayisədə böyük dərəcədə azalıb. Klassik “Coca-Cola” içkisində 250 kalori olduğu halda, yeni məhsul 108 kaloridir. Yaşıl etiketli “Coca-Cola”nın nə zaman kütləvi satışa çıxarılacağı hələ açıqlanmayıb.