Əziz Oxucu! Bu yazıda Sizə kişilərin sevimli deodorantı olan (baxmayaraq ki ölkəmizdə çox az kişi istifadə edilir) AXE haqqında bəzi marketinq sirlərindən bəhs edəcəm. Öncədən qeyd edim ki, bu yazıda (+18) qadağası var. Məlumat üçün bildirim ki, AXE bəzi ölkələrdə LYNX markası ilə mövcuddur. Bu məhsulun istehlakçılarda yaratdığı dəyər heç şübhəsiz ki, marketoloq beynini məhsuludur. Gələcək yazılarımda bu haqda geniş qeyd edəcəyim bir məqam: reklam çarxlarında izləyici kütləsini özünə cəlb edən bir neçə alət vardır. Bunlardan iki ən çox istifadə olunanı SEKS və UŞAQ simalarıdır ki, olduqca güclü effektə malikdir. Bu günki yazım isə seks alətini mahir istifadə edən markalardan biri AXE haqqında olacaq. İndi isə bir sıra məqamlara birlikdə nəzər salaq.
- İzlədiyiniz AXE reklam çarxlarını xatırlamağa çalışın. Bu reklam hansı mesajı verdiyinə diqqət edin:
“Bu deodorant Sizi qadınlara qarşı əvəzolunmaz seksual edəcək”
- Reklamların hamısında daha bir ideya da təbliğ edilir:
“Bu deodorant Sizə eyni anda bir neçə qadınla intimdə olmağa yardım edəcək”
- Digər məqam isə reklam çarxlarında daha çox deodorant istifadə etməyə təşviq edən səhnələr əks olunur. Bunun sirri isə çox sadədir – tez istehlak olunsun ki, yenisi alınsın.
Nə qədər də qeyd etsək ki, bu reklam çarxları seriyaları dünyada satış dinamikasına görə AXE üçüncü yerdə saxlayır, lakin bir sıra ölkələrdə böyük neqativ təsir də bağışlamışdır. Təbii ki, bu da həmin ölkələrdə satışı minimuma endirmişdir.
Nəzərinizə çatdırım ki, Azərbaycanda da AXE deodorantının bu cür reklamları yayımlanmır. Məhsulunun tatınıtımı yalnız BTL aksiyalar vasitəsilə aparılır.