Dəyərli Oxucu! Milli brendlərimizin yaranması və bazarda dayanıqlı qalmasını çox istəyirəm. Nəzər alsaq ki, bu mövcud vəziyyətdə çox çətindir, lakin mümkünsüz də deyildir. Milli brendi bazarda mövqeylənməsi bir başa uğurlu marketinq strategiyasına əsaslanır. Bu dəfəki mövzum süd məhsulları brendi olan Milla barədə olacaqdır. Daha dəqiq bir neçə gün əvvəl youtube kanalında təsadüfən rastıma çıxan reklam çarxından yazacam. Birlikdə sözü gedən reklam çarxındakı qüsurları ortaya çıxaracağıq – təkmilləşdirmək isə istehsalçının boynuna.



Başlamadan öncə reklam çarxını izləyək:




Reklam çarxı gündəlik həyatı əks etdirən komedik serial tərzindədir. Bu məqam doğrudur. Məhsula baxış müştəri gözü ilə baxılır. Bu zaman istehlakçı özünü görür və brendə qarşı səmimi hisslər doğurur.



İlk qüsur “Bəlkə ustaya zəng edəsiz?” sözündən sonra avropasayağı komik seriallarda tez-tez rast gəlinən fondakı gülüş səsidir. Təbii ki, bunu seriallarda “bu çox gülməlidir, gəlin birlikdə gülək” prinsipinə əsasən istifadə edilir. Lakin reklamda ”Bəlkə ustaya zəng edəsiz?” sözündə gülməli nə var ki?



İkinci qüsur – Yaşlı personajın (bundan sonra Baba) tələffüzüdür. “Alo” sözündən sonra “Salam” sözünə keçərkən danışıq tərzindəki keçidi sezdiniz? “Alo” sözünü üzülərək deyir, çünki onun istidən halı xarabdır. Baba bunu yaxşı ifa etdi. Bəs dəstəin o tərəfinə nə səs eşitdi ki, “Salam” sözünü xoşbəxtliklə gülərüz söylədi? Baba özünəməxsus stilini davam etdirir – “Bizə istidi…” ifadəsini yenə çarəsiz şəkildə ifadə edir. Bir məqama diqqət edək. İçərimizdə hansı birimiz, kondisioner ustasına zəng edib belə deyə bilərik? Əgər reklamın konteksti istehlakçını əks etdirməli idisə, o zaman bu Baba niyə belə “sapık-sapık” danışır?! Özüdə ”Bizə”, yəni tək deyil!



Üçüncü qüsur: Qapı zəngi çalır və “Salam, Sizin sifarişiniz” deyən bir əməkdaş əlində bir kaset (!) Milla ayran verir. Cəfəngiyat! Kim 1 kaset ayranı evə sifariş verir? Kişi ayranı gətirənə pul vermədiyinə görə, yəqin qəzetə abunə kimi, ayrana da beləcə abunə olub. İsti olan kimi, evə bir kaset ayran! Gülməlidir.



Dördüncü qüsur: Uşaqlar qaçaraq içəri girir və cümləyə diqqət “Küçədə yaman istidir, yaxşı ki Milla ayranı var”. Mən gözləyirdim, hələ neçə milli litr olduğunu desin. Bu fraqmentdə onsuz da Millanın o bir kaset ayranı stolun üzərindədir. Və zatən gözümüzü deşən o loqotipin yanında qızın sadəcə “Küçədə yaman istidir, yaxşı ki, sərin ayran var” deməsi bəs edərdi.



Beşinci qüsur: Babanın qapının arxasında gözləyən ustaya etdiyi ürəyiaçıqlıq. Jest əladır. Amma diqqət edin, boş ayran qabı niyə verir? Boş olsa belə, doluymuş kimi davran, ay Baba!



Nəticə: Zənnimcə, bu reklam çarxı, tamamilə fiyasko! Bu cür ideya üzərində daha doğru düzgün reklam çarxı çəkmək olardı.