Bezos Amazonun pullarından deyil, öz şəxsi imkanlarından istifadə edir. O, "Washington Post "qəzetinin, həmçinin onunla bağlı olan aktivlərin yeganə sahibi olacaq. Razılaşma 60 gün ərzində bağlanacaq. "Bezos" qəzeti "vacib institut" adlandırıb və gələcəyə optimist baxdığını qeyd edib. "Mən hazır planımızın olmasını demək istəmirəm. Bu bir eksperiment olacaq." - o, qeyd etdi. Həmçinin Bezos əmin etdi ki, qəzetin buraxılışı sahibin dəyişilməsinə görə dayandırılmayacaq. Gözlənildiyi kimi 2000 nəfər işçidən heç kim çıxarılmayacaq, Washington Post holdinqının idarəetmə rəhbəri Donald Qremm, bacısı Ketrin Ueymut isə qəzetin redaktoru olaraq qalacaq. Onun sözlərinə görə nə özü, nə də onun ailə üzvləri bu günü gözləmirdilər.



"Saytın əsas səhifəsində sahibin dəyişmə xəbərini "dövrün sonu" kimi adlandırıblar. Məsələ ondadır ki, son 80 il ərzində "Washington Post" Qremm ailəsinin nəzarətində idi. Direktorlar sovetinin rəhbəri Donald Qremm və onun bacısı Ketrin Qremm, həmçinin qəzetin redaktoru bu xəbəri şəxsən işçilərə çatdıranda, onların bir çoxu bunu kədərlə qarşıladılar.



"Washington Post" ABŞ- da ən avtoritet qəzetlərdən biri hesab olunur. Qəzetin gündəlik tirajı 474.000 nüsxəni keçir, bazar günü tirajı 838.000 nüsxə idi. Qəzetin müxbirləri 47 Pulitser mükafatına layiq görülmüşlər. Dceff Bezos dünyanın ən varlı insanları siyahısına daxildir. Forbes- ın reytinqında o, 19- cu yerdədi, onun 25, 2 milyard dollarlıq vəsaiti var.