Marketinq aləmində məskən saldıqca, marketinq aləmində daha çox insan tanıdıqca, marketinq aləmində daha çox tanındıqca, marketinq haqqında fikirlərim də elə bil durulur. Elələri də olur ki, heç vaxt durulmur. Ancaq mətləb bu deyil.


Axır vaxtlar tanış olduğum marketerləri xaraktercə də tanımağa başlayıram. Yəni, marketerlər haqqında da fikirlərim durulur. Əvvəl bulanır, sonra durulur. Bulanmasa, durulmaz axı. Durulan fikirlərimlə sizi də durultmaq istəyirəm. Marketerlər haqqında eşitdikcə, birdən sizdə bulanar ha. Fikirlərinizi deyirəm. Qeyd edim ki, durulmağımda marketinq qruplarının böyük rolu olub. "Yazan" marketerləri, yazmayan marketerləri, oxuyan... (yox bu başqa mövzudu), danışan marketerləri, danışmayan maketerləri sizin üçün (həm də özüm) üçün qruplaşdırdım (SORT BY elədim) ki, durulmağın(m)ıza kömək olsun. Səbriniz çatmırsa, başlayaq.




1. Çox çalışan, çox danışan, (Высший сорт) marketerlər. Bu "sort" marketerləri elit kateqoriya hesab etmək olar. Bu marketerlərə həsəd aparıram. Mən də elə olmaq istiyirəm. Onlar tez tez yazırlar, mən də, mən də. Onlar çox işliyirlər, mən də, mən də. "Mən də, mən də" şeiri yadıma düşdü. Gəl gedək bağa! Mən də, mən də... Bu "sort" marketerlər nə vaxt yatırlar, nə vaxt dururlar bilmirəm. Hər şeyi çatdırırlar, blog yazırlar, böyük şirkətlərin marketing yükünü daşıyırlar, təlimlər keçirlər, biliklərini artırırlar, bizneslə məşğul olurlar və s. və s.Onlar bu işləri görürlər, ancaq mən bu işləri yazsam, uzun çıxır. Qəribədir. Marketer danışmağı bacarmalıdır, özünü PR etməyi bacarmalıdır.


Bunsuz marketer yarımçıq olar məncə. Buna görə gördüyü işləri PR edə bilən marketer gözümdə hər zaman ən yüksək yerdədi. Belə qalın, qardaşlar!




2. Çox çalışan, az danışan "sort"lar. Bu marketerlər gördükləri işləri tanıda bilmirlər. Halbuki, bir çox danışandan daha çox və daha keyfiyyətli işlər görürlər. Sadəcə iş orasındadı ki, bu "sort" marketerlər iş yerlərində də həmişə kölgədə qalırlar. Marketeri marketer kimi geniş çevrəyə tanıdan onun fikirləridi (danışığı və yazıları) Çox az hallarda hansısa uğurlu proyektlərin marketing "dirijorları" ön plana çıxır. Ancaq o marketing "dirijoru" danışmağı bacarsa, PR etməyi bacarsa, onu hər zaman ön planda görmək mümkün olar. Fikirlərinizi bölüşməkdən qorxmayın, qardaşlar!




3. Az çalışan, çox danışan "sort"lar. Pah atonnan, elə bağırırlar ki, doğrunun bağrı yarılır. Bilmədikləri mövzudan elə danışırlar ki, elə bilirsən o mövzuya aid dissertasiya yazıblar. Daaay mənim sözüm yoxdur.


Bu "sort" larda çatışmayan cəhət öyrənmədən və işləməkdən çox danışmalarıdır. Hətta bəzən elə olur ki, dediklərinə özləri də inanmağa başlayırlar. Ancaq sonda hər şey üzə çıxır. Öyrənin və işləyin, qardaşlar! Danışmaqla bərabər.




4. Az çalışan, az danışan "sort"lar. Bu marketerlərin hərtərəfli zəiflikləri var. Həm teorik, həm praktiki, həm də digər tərəflərdən.


Mənə görə o marketerlər öz üzərlərində çox işləməlidirlər. Onları nə online debatlarda görmək mümkündü, nə uğurlu layihələrdə, nə də digər platformalarda. Bu "sort" marketerlər marketinqin məcazi mənada "qara irq"idi. O marketerlərin hamısını bir ölkədə toplasaq, o ölkə üçüncü dünya ölkəsi olar. Günah özlərindədi. Öz üzərinizdə çalışın, qardaşlar!




5. Bir də çalışmayan və danışmayan "sort"lar var ki, onlar ümumiyyətlə marketer deyil. Onları burda dəyərləndirmək doğru olmaz.



Bəs siz hansı "sort"suz?



Müşfiq Zərbəli


Bir Bəndə i Marketinq