Əlimizdə əlaqə yaratmaq, xəbərləşmək, informasiya toplamaq üçün "yeni" bir imkan var. Həm də bu cihaz artıq bütün sahələrə nüfuz edib. Bəli interneti deyirəm. İnkişaf etmiş ölkələrin çoxunda hətta təyyarələrdə də internetdən istifadə etməyə imkan verən qurğular var.


Yəqin əksəriyyətiniz bu sözləri eşitmisiz böyüklərdən və ya yaşlılardan "bir o komputerinə bax gör filan şeyi hardan almaq olar" və ya "filan yerin ünvani hardadıк". Bu onun göstəricisidir ki artıq yaşlı nəsil də internetin fərqindədir. İnternetin xüsusilə "mobil internetin" belə sürətli inkişafi sizə imkan verir ki, öz reklamınızı internet vasitəsilə edəsiz, lazımı hədəf kütləsinə çatdırasız.
Niyə online reklamlardan istifadə edim?
1.Potensial hədəf – 2012-ci ilin son statistik göstəricilərinə görə ölkəmizdə internetdən istifadə edən əhalinin sayı 56,6 % , bu göstəricilər 2011 (48% ), 2010 (38 %). İstifadəçilərin sayı ildən ilə sürətlə artır.
2.Elektron ticarət - Bu ilin yeddi ayında elektron ticarət dövriyyəsi vasitəsilə alıcılara 1 235,5 min manatlıq qeyri-ərzaq malları və 95,9 min manatlıq ərzaq məhsulları satılıb. Elektron ticarətin həcmi ötən ilin analoji dövrünə nisbətən 59,4% artıb. Bu rəqəm 2012-ci ildə Amerikada 231 milyard dollar, Qərbi Avropa ölkələrində isə 145 milyard dollar olub.
3.Hədəf kütləsi – digər reklam vasitələrindən fərqli olaraq online reklam hədəfləri daha dəqiq müəyyənləşdirməyə imkan verir. Məsələn müəyyən yaş, ərazi və maraq dairəsindəki istifadəçiləri hədəfləmək imkanı.
4.Bağlılıq – Düzgün yerləşdirilmiş reklam istehlakçının diqqətini cəlb edər və qərar qəbul etməsinə imkan yaradar. Məsələn : Notebook axtarışı edən biri eyni səhifədə uyğun aksesuar reklamı görərsə səhifədə daha uzun müddətli qalar eyni səhifədə birdə internet paketi, data kart reklamı yerləşdirilmişsə istehlakçının qərar qəbul etməsi üçün maksimum şərait yaratmış olursuz.
5.Hesabat mümkünlüyü – İnternet istifadəçilərlə daimi təmasda olur. Onlarin hərəkətlərini müəyyənləşdirmək mümkündür. Məsələn: məlumatlara abunə sayı, reklama baxış sayı, saytlarda gündəlik istifadəçı sayı, videoların izlənmə sayı, sosial medyalarda izlənmə və bəyənmə sayı və s.
6.Elastiklik – Online reklam zamanı digər reklam vasitələrindən fərqli olaraq nəticələri dərhal əldə edə bilərsiz. E-ünvanlara göndərilən reklamlar, videolar, sosial medyalarda yayılan reklamlar hətta bir neçə dəqiqədən sonra istehlakçıların ilkin reaksiyasını müəyyən etməyə imkan yaradır. Bu reaksiyalara uyğun olaraq müəyyən dəyişikliklər edə bilərsiz bu elastiklik yalnız internet reklamçılığında mümkündür. Əlavə olaraq eyni anda bir neçə variantı test edib ən uyğununu seçə bilərsiz.
7.Mobil internet – Son illərdə ağıllı telefonların (smartphone) istehsalı mobil internetin inanılmaz sürətlə inkişafina səbəb olmuşdur. Araşdırmalara görə orta statistik telefon istifadəçisi zənglər və SMS-lər nəzərə alınmadan gündə təxminən 22-25 dəfə telefonu əlinə alır. Mobil internetdən istifadə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilib.