Audit və biznes məsləhət xidmətləri sahəsində fəaliyyət göstərən "Baker Tilly UK" şirkəti regionda əsas rəqiblərindən sayılan "RSM Tenon Qrupu" əməliyyatlarını satın almaq haqqında razılaşma əldə etmişdir.
RSM Tenon Qrupu Plc. şirkətini bu addımı atmağa vadar edən səbəb "Lloyds Bankinq Qrup"una olan borc öhdəliklərini yerinə yetirə bilməməsi və nəticədə kreditorun təkidi ilə şirkətin satılması haqqında qərar qəbul edilməsi olmuşdur.
Maliyyə nöqtəyi nəzərindən RSM Tenon səhmdarları bu alqı-satqı əməliyyatından heç bir vəsait əldə etməyəcək, əvəzində RSM Tenon Plc. şirkətinin Lloyds qarşısında olan borc öhdəliyinin bir qismi ödəniləcəkdir.
Bu satınalma nəticəsində Baker Tilly şirkəti audit, mühasibatlıq və başqa peşəkar xidmətlər üzrə əməliyatlarını və insan resursları bazasını daha da genişləndirmiş və gücləndirmiş olacaq.
Əlavə informasiya kimi aşağıdakı linkdən də məlumat ala bilərsiniz:
http://www.theguardian.com/business/2013/aug/22/baker-tilly-buys-rsm-tenon-administrators