LEDScreen MMC-nin yaydığı məlumata görə,  hazırda bunun üçün uyğun olan bir neçə bina və yerləri gözdən keçirir və danışıqlar aparır. 


Bakı şəhərinin küləkli olmasını nəzərə alaraq bu monitorların yerləşdirilməsindən öncə konstruksiya imkanları dəqiqliklə yoxlanılacaq. Bunun üçün beynəlxalq inspeksiya şirkətləri arasında tender elan olunacaq. 


Azərbaycanda LED Screen şirkətinə rəhbərlik edən Abdulla İsayevin qeyd etdiyinə görə, İstanbul Sapphire Plazaya quraşdırılmış Avropanın ən böyük led ekranı şirkətin uğurudur: “Yeni hədəfimiz tezliklə Avropanın ən böyük monitorunun məhz öz ölkəmizdə qurulmasıdır.” 


 


Qeyd edək ki, LEDScreen şirkəti müxtəlif daxili və xarici monitorlar, LCD video divarları, Nəzarət və İdarəetmə Mərkəzi, reklam displeyi, media və əyləncə tədbirləri və idman displeyi həlləri üçün LED video həllərini işləyib hazırlayan, istehsal edən və bazara çıxaran istehsalçıdır.


LED displeyləri iri, parlaq və təsir üçün yaradılmış yüksək effektli və diqqəti cəlb edən kommunikasiya platformasıdır.  Rəqəmsal olaraq, onlar ismarıcın lazımi vaxtda, lazımi yerdə ünvana çatdırılmasına imkan yaradaraq, müştərilərinə gündəlik həyatda yetişirlər. İri ölçüsü, yüksək parlaqlığı və rəngin müasir emalı imkanları da onları açıq məkan istifadəsi üçün  ideal edir. Statik təsvirlərə əlavə olaraq, işıq diodlu ekranlar həmçinin tam hərəkətli videonun yayımlanmasına imkan yaradır, və bununla da xüsusi televiziya reklamlarının açıq havada yayımlanmasına imkan verir.