10 sentyabr 2013-cü il tarixində Çexiya-Azərbaycan Ticarət Palatası, Çexiyanın Azərbaycandakı səfirliyi və Çexiya Ticarət Palatasının təşkilatçılığı ilə “Hilton Bakı” otelində Çex və Azərbaycan Respublikasının iş adamları üçün rəsmi səhər yeməyi təşkil olunmuşdur.
Tədbirin keçirilmə məqsədi neft-qaz, tikinti, mühəndislik və istehsalat, maşınqayırma, tekstil, pərakəndə ticarət, bankçılıq, maliyyə, sığorta və s. sektorlar üzrə biznes fəaliyyəti ilə məşğul olan Çex və Azərbaycan şirkətlərinin bir araya gəlməsi və onların əməkdaşlıq imkanlarını müzakirə etmələrinə şərait yaratmaq idi.
Tədbir, Çexiya Respublikasının Azərbaycandakı səfiri cənab Radek Matulanın açılış nitqi ilə başladı. O bildirdi ki, 1-ci Avropa-Azərbaycan İnvestiya Konfransının Bakıda keçiriləcəyinivə Çex nümayəndə heyətinin də iştirakı haqqında məlumat əldə edildikdən sonra, Çexiya Respublikasının Azərbaycandakı səfirliyi, Çexiya-Azərbaycan Ticarət Palatası və Çex Ticarət Palatası olaraq daha səmimi atmosfer yaradıb, Azərbaycanlı iş adamları ilə Çex şirkətlərinin nümayəndələrini görüşdürmək üçün rəsmi səhər yeməyi təşkil etmək qərarına gəlindi.
Cənab Matulanın çıxışından bir hissəni sizinlə paylaşırıq – “Azərbaycan son illərdə ölkənin müasirləşməsi istiqamətində böyük irəliləyiş əldə etmişdir. Bakı böyük bir tikinti sahəsinə çevrilmişdir. Bu irəliləyiş yalnız Bakıda baş vermir. Azərbaycanın digər bölgələrinə baş çəksəniz görərsiniz ki, bir çox infrastruktur layihələri regionlarda da həyata keçirilir. Bu əsasən ölkə rəhbərliyinin gələcəklə bağlı dəqiq vizyonununolmasından və həmçinin, zəngin təbii sərvətlər, neft və qaz ehtiyatlarının olmasından asılıdır. Bütün bu layihələrdə iştirak etmək üçün çexşirkətləriüçün böyük imkanlar mövcuddur. Çexiya və Azərbaycan dost ölkələrdir və qarşılıqlı bir çox sahələrdə güclü tərəfdaşdırlar. Bizim münasibətlərimiz çox yaxşıdır və biz birlikdə uğurlu işləyə bilərik.”
Daha sonra Çexiya Ticarət Palatasının Layihələr üzrə Direktoru xanım Krsitina Leinerova, Çex Ticarət Palatasının gördüyü işlərlə bağlı məlumat verdikdən sonra, çex şirkətlərinin nümayəndə heyətini təqdim etdi.
Xanım Leinerova öz çıxışında qeyd etdiyi kimi, rəsmi səhər yeməyində hər iki tərəfdən müxtəlif sahələr üzrə nümayəndələr dəvət edilmişdir. Çexiya Ticarət Palatasının dəstəyi ilə “Bakes and Partners, Attorneys at Law” hüquq məsləhət xidmətləri şirkətinin partnyoru cənab Miroslav Zamişka, “CzechExport Bank”-nın İxracat və Layihələrin Maliyyələşdirilməsi üzrə Direktor cənab PavelMraz, “EGAP” sığorta şirkətinin İdarə Heyətinin üzvü cənab MarekDlouhy, “Mavel” mühəndislik və istehsalat şirkətinin İdarə Heyətinin üzvü JanSip, Laufen CZ şirkətinin İxracat üzrə direktoru cənab JiriVotluka, “PSJ” tikinti şirkətinin idarə heyətinin sədri və ixracat üzrə direktor cənab Yaroslav Jirkovski və Rusiya bölməsinin rəhbəri cənab Milan Veznik, “Raiffeisen Bank”-ın ticarət və ixracat üzrə direktoru cənab Martin Maar və Ticarət Maliyyə bölməsinin mütəxəssisi xanım Yaroslava Mauleova, “SKODA Vagonka”-nın Satış üzrə Direktoru cənab AlesKremzer, “VEBA” tekstil zavodunun Idarə Heyətinin Sədri YosefNovak və “WikovIndustry” şirkətinin İcraçı direktoru cənab AntoninRuzika tədbirdə iştirak etdilər.
Tədbir Çexiya-Azərbaycan Ticarət Palatasının Prezidenti və BakerTilly Azərbaycan şirkətinin partnyoru Samir Vəliyevin qonaqları salamlaması ilə davam etdi. Azərbaycan tərəfindən gələn nümayəndələri təqdim etmədən öncə, O, Çexiya-Azərbaycan Ticarət Palatası haqqında iştirakçılara məlumat verdi.
“Çexiya-Azərbaycan Ticarət Palatası bu ilin əvvəlində təsis edilmişdir. Bizim missiyamız Azərbaycan və Çex Respublikalarının iş adamlarının, biznes qurumlarının, şirkətlərinin, təşkilatlarının və s. arasında sağlam, davamlı bizes əlaqələrinin yaradılmasına və inkişafına dəstək göstərməkdir.
Beləliklə, gələcəkdəki fəaliyyətinizdə və hər iki ölkənin iş adamlarının əməkdaşlıq imkanlarına dəstək göstərməkdən məmnunluq duyarıq. Həmçinin, Azərbaycan və Çexiya Respublikaları arasında yaranan ticarət əlaqələrinin inkişafı sayəsində mədəniyyətlərimizinzənginləşməsinə təkan vermiş olacağıq.
“Əminəm ki, bu görüş hər iki tərəf üçün faydalı olub, Çex və Azərbaycan Respublikalarının işgüzar münasibətlərinə müsbət təsir göstərəcək və gələcəkdə əlaqələrin daha da dərinləşməsinəzəmin yaradacaqdır.”
Qeyd edək ki, Çexiya-Azərbaycan Ticarət Palatasının və BakerTilly Azərbaycan şirkətinin idarəetmə komandası ilə birlikdə Azərbaycan tərəfindən 30-a yaxın müəssisə təmsil olunmuşdu.
Rəsmi səhər yeməyi və qrup fotosu çəkildikdən sonra, iştirakçılar müzakirələrini çay fasiləsində davam etdirdilər.