- Salam Vüqar bəy



- Salam




- Özünüz haqda qısa məlumat verin




- Vüqar İsmayıl (İsmayılov). Qafqaz Universitetini bitirmişəm. Hal-hazırda özəl sektorda marketinq mütəxəssisi kimi işləyirəm.




- Bu yarışma haqda bir az məlumat verin. Necə oldu ki, belə bir yarışma ideası ağlınıza gəldi?




- Bu ideanın yaranması tam bir təsadüf əsnasında ağlıma gəldi. Dünyada bu təcrübə artıq vardır. Dünyada bu konsepsiyada yarışmalar çoxdur. Ancaq Azərbaycanda bu yarışma ilk dəfədir ,öz ana dilimizdə ilk dəfə keçirələcəkdir.




- Yarışmanın əsas məqsədi nədir ?




- Mən müasir gəncələrin,gənc marketoloqların vaxtlarını səmərəli keçirməsini çox istəyirəm. Vaxtı nə qədər səmərli keçirsən,əylənərək öyrənmək ən gözəl yoldur.Mən də gənc marketoloqların öyrənməsini çox istəyimdən, bu yarışmanı təsis etdim. Darıxaraq deyil, qələbədən zövq alaraq həm hədiyyə qazanmaq, həm öyrənmək daha qalıcı olur və bir ömür insanla bərabər olur bu informasiyalar. Bu psixologiyada təsdiqlənmiş bir üsuldur. Bundan başqa insanların şüur altında brendlərin necə mövqeləndirməsi,loqonun xatirdə qalmasını yoxlamaq və s.




- Oyunun şərtləri necədir?





- Bu yarışmada logolarla bağlı suallar təqdim edilir. Logoda brendin adı gizlədilir,məqsəd loqonun kiçik və bir hissəsinin göstərilməsi ilə onu tapmağa çalışmaqdır. İnsanlar nə dərəcədə brendlərin loqotiplərini tanıya bilərlər,əsasən bu yoxlanılır. Kim daha güclüdürsə, kim daha çox loqo tanıyırsa oyunun sonunda “loqomaster” adına layiq görüləcək. Marketinqi əyləncəli formada sevdirmək hədəfimizdir. Bildiyimiz kimi brendin bazarda öz yerini tutması üçün loqotip böyük rol oynayır. Loqotip insan beynində bir obraz formalaşdırır, sinerji yaradaraq brendi daha da güclü edir. Müştəriyə təsir edən amillərdən birinci brendin adıdırsa, inkinci loqotipdir. Bütün brendlər üçün loqotip şərtdir. Oyun ərzində 128 sual təqdim ediləcək, 1 ay müddətdə davam edəcəkdir.




- Sizcə bu yarışma nə dərəcədə uğurlu olacaq?




- Bu təxminlər 5050-yə dəyərləndirərdim. Çünki bu bir ilkdir, uğurlu ola da bilər, olmaya da bilər. Yəni 100%-lik bir uğur gözləmək ağılsızlıq olardı. Çünki marketinq yönümündən məsələyə baxsaq, nə qədər güclü marketoloq da olsan əgər 100 %lik əmin edirsənsə bu sənin qeyri peşakarlığından xəbər verir. Risk şərtdir. Mən də fürsətləri 50% nisbətində dəyərləndirirəm. Tam dəqiq fikir söyləmək çox çətindir. Ola bilsin gözləntilərdən daha çox uğurlu olsun. Mən inanıram ki,kifayət qədər maraq doğuracaq.




- Gənclərə nə məsləhət görərdiniz?




- Nə məsləhət görə bilərəm, özümün məsləhət alan vaxtımdır. Kiçik bir nüansı xatırlada bilərəm ki, əgər hər hansı bir ideları varsa, onu reallaşdırmağa cəhd göstərmirlərsə, o idea idea deyildir. Çalışın ilk cəhdi edin, ardı özü gələcəkdir.İlk addım çox vacibdir.




- Çox sağ olun maraqlı müsahibə üçün




- Buyurun. Gələcəkdə yeni layihələr də görüşmək ümidi ilə.