“Renault”un “Formula-1” dünya birinciliyində poul-mövqelərinin ümumi sayı rekord sayılan 209-a çatıb. Rekord Yaponiyada keçirilən etap zamanı “Infiniti Red Bull Racing” komandasının üzvü Mark Vebberin poulu sayəsində müəyyənləşib. Bu, mühərrik istehsalçıları üçün poulların sayına görə yeni rekord hesab olunur. Bundan öncəki rekord isə 208 poulla “Ferrari”yə məxsusdur.


“Renault” şirkəti “Formula-1” yarışlarında 1977-ci ildən etibarən iştirak edir və V6, V10 və V8 turbin mühərriklərin dövrünü yaşayıb. Bu gün “Renault” mühərrikli bolidlər 160 Qran-pri yarışmasının və 11 Konstruktor Kubokunun qalibi olub, “Renault” mühərriki ilə çıxış edən 7 pilot isə 10 çempion titulunu qazanıb.


 


“Renault Sport F1”in icraçı direktoru Rob Uayt (Rob White): “Bunu sadəcə rəqəm olduğunu söyləmək olar, lakin bu, həmçinin, “Renault”nun bütün əməkdaşlarının fəxr etməsi üçün səbəbdir. Biz 1977-ci ildən etibarən müntəzəm olaraq idman avtomobillərini poul-mövqelərə çıxararaq, qrupun nəinki təcrübəsini, hətta sürətli avtomobillərin yaradılmasında komandalarla qarşılıqlı əməkdaşlığımızı nümayiş etdiririk. Biz diqqətimizi ən yaxşı avtomobillərin yaradılması üçün şassi istehsalçılarını lazım olan vəsaitlərlə təmin etməyə yönəltmişik. Bu əməkdaşlıq çərçivəsində minimal kompromislərlə faydalı həllər tapmağa çalışmışıq. Və biz bu ənənəni birinci V6 mühərrikindən və bir-neçə həftədən sonra sonuncu yürüşünə çıxacaq V8 mühərrikinədək qoruyub saxlamışıq. Sözügüdən rekord qarşıda gələn yeni nəsil V6 turbin mühərriklər dövründə yeni uğurlar yüksəkliyində qalmağımıza təşəbbüs yaradır”.


 


“Renault”: rekordlar tarixi


- “Renault” 1977-ci ildən “Formula-1” yarışlarında iştirak edir. Bu günədək şirkətin mühərrikləri 514 yürüşün startına çıxıb. Yürüşlərin 40%-dən çoxunda start məhəccərindən birinci olaraq “Renault” mühərrikli avtomobillər çıxıb. Müqayisə üçün: “Ferrari”də bu göstərici 23%, “Mercedes”də isə 28% təşkil edir.


 


-İlk poul-mövqeyi 1979-cu ildə “Renault RS01” ilə Cənubi Afrikada Jan-Pyer Jabuy qazanıb.


 


-209 poul-mövqedən 50-si 1977-ci ildən 1986-cı ilədək idman yarışlarında iştirak edən 1,5 litrlik V6 turbin mühərriki ilə qazanılıb. 44 poul 1989-cu ildən 1995-ci ilədək yarışlarda iştirak edən 3,5 litrlik V10 mühərriki ilə, 53-ü isə 1995-ci ildən 1997-ci ilədək və 2002-ci ildən 2005-ci ilədək yarışlarda iştirak edən 3,0 litrlik V10 mühərriki ilə qazanılıb. 2006-cı ildən yarışlarda iştirak edən 2,4 litrlik V8 mühərriki bu günədək 62 poul-mövqe tutub.


 


-8 nəfər dünya çempionu özünün çempion illərində “Renault” mühərrikləri ilə poul-mövqelər tutub: Alan Prost, Naycel Mensell, Ayrton Senna, Mixael Şumaher, Deymon Hill, Jak Vilnyov, Fernando Alonso və Sebastyan Fettel.


 


-Sebastyan Fettel “Renault”nun bütün poul-mövqelərinin 20%-ni qazanıb.


 


-6 müxtəlif komanda “Renault” mühərrikləri ilə poul-mövqe qazanıb (“Elf Renault”, “Lotus”, “Williams”, “Benetton”, “Renault F1 Team” və “Red Bull Racing”).


 


-2011-ci ildə ”Renault” mühərrikli “Red Bull Racing RB7” bolidi 19 yürüşdən 18-də poul-mövqedən start götürüb ki, bu da “Formula-1” yarışmasında yeni rekord olub.


 


-2006-cı ildən “Renault V8” mühərriki 62 poul-mövqe qazanıb. Bu da o vaxtdan etibarən poulların ümumi sayının 44%-dir.


 


-“Renault V10” mühərriki 1990-cı ildə dünya çümpionatlarında hakim mövqe tutub.


 


-1992-ci ildən 1997-ci ilədək bu mühərrik 77 yürüşdə poul-mövqelərdə qalib gəlib. Bu isə bütün keçirilmiş Qran-pri yarışlarının təxminən 80%-dir.